Icma.az
close
up
RU
Pezeşkiana verilən sirli kağızdakı xoşagəlməz cümlə... VİDEO

Pezeşkiana verilən sirli kağızdakı xoşagəlməz cümlə... VİDEO

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İranın çoxmədəniyyətliliyə, demokratiyaya qarşı olduğu növbəti dəfə sübuta yetirildi. Rejim əvvəllər bunu Güney azərbaycanlıların haqlarını tapdalayaraq, assimilyasiya siyasəti yürüdərək həyata keçirirdi. İndi isə problem bir qədər də dərinləşib…

Məlum olduğu kimi, İran Prezidenti Məsud Pezeşkian Təbrizdə keçirilən mədəniyyət həftəsində Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirini səsləndirib. Bu an kimsə ona yaxınlaşaraq xəbərdarlıq edib.

O şəxs kim idi (SEPAH nümayəndəsi ola bilər), Pezeşkiana verilən kağızda nə yazılmışdı (“həddini aşma, farca danış” – ehtimal)?

Bəlkə də heç vaxt bilməyəcəyik…

Amma bildiyim bir məqam var: molla rejimi Azərbaycan türkcəsindən qorxur! Əslində, qorxmaqda haqlıdır, çünki bu qədər repressiya, zülm və təqiblərə baxmayaraq, dil yaşayır və nəsildən-nəsilə ötürülür. Azərbaycan türkcəsi yaşadıqca Güney Azərbaycan da, onun ruhu da, arzusu da yaşacaq. Bu dil var olduqca molla rejimi rahat ola bilməyəcək.

Rejim yaxşı bilir ki, hər şeyin kökündə Azərbaycan türkcəsi dayanır. Çünki Səttərxan da, Bağırxan da, Məhəmməd Xiyabani də, Seyid Cəfər Pişəvəri də bu dildə danışırdı. İnsanları bu dildə zülmə, müstəmləkəçiliyə qarşı mübarizəyə, azadlığa çağırırdı.

Əslində, Pezeşkian ağıllı insandır. Güneyin qaynadığını, rejimin sərt siyasətinin etnik azlıqları küsdürdüyünü bilir. O, “Heydərbabaya salam” şeirini əbəs yerə səsləndirmədi. Azərbaycan türkcəsində deyilən bu şeirlə əslində rejimlə Güney arasında son barışıq cəhdini etdi, amma bu da nəticə vermədi.

Rejim mədəniyyət həftəsində ona da, təbrizlilərə də, Güney Azərbaycana da mədəniyyətsiz rəftar etdi.

İndi İranda Azərbaycana xor baxanlar əmmamələrini qarşılarına qoyub yaxşı-yaxşı düşünməli və özlərinə bu sualı verməlidirlər: Təbriz küsərsə nə olar?

46 il öncə şaha nə oldu, xatırlayanlar bilər…

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Fevral 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri