Pezeşkiandan qonşu ölkələrə ultimatum: Cavab verəcəyik!
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
“İran qonşu dövlətlərin hər hansı bir hücum cəhdinə cavab vermək məcburiyyətində qalacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Cavab o demək deyil ki, bu ölkə ilə mübahisəmiz var və ya onun xalqına zərər vermək istəyirik. Sadəcə lazım olduqda qarşılıq verəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, İran prezidenti daha əvvəl Fars körfəzi ölkələrinə endirilən zərbələrə görə üzr istəmişdi.
O, həmçinin qonşu ölkələrin İslam Respublikasına hücum etmədikləri təqdirdə onlara hücum etməyəcəyinə söz vermişdi.
“Bizim region ölkələri ilə düşmənçiliyimiz yoxdur, qonşularımızdan üzr istəyirəm. İrana hücum olmasa, qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək. Silahlı Qüvvələrimiz müstəqil fəaliyyət göstərərək ölkənin şərəfini qoruyub”, – o qeyd etmişdi.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 08 Mart 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















