Icma.az
close
up
RU
“Pezeşkianın çıxışları ana dili hərəkatına böyük təkan verəcək” Elman Cəfərli

“Pezeşkianın çıxışları ana dili hərəkatına böyük təkan verəcək” Elman Cəfərli

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanda bir sıra siyasi şərhçilər, hətta özünü Güney Azərbaycan milli hərəkatının fəalları, liderləri hesab edənlər düşünür ki, Məsud Pezeşkianın İran prezidenti postunda 1 illik fəaliyyəti heç bir nəticə verməyib. Mən belə düşünmürəm”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib.

Onun sözlərinə görə, Məsud Pezeşkianın fəaliyyəti nəticəsini sonra göstərəcək:

“Arada sosial şəbəkələrdə qarşıma çıxır izləyirəm. Özünü Güney milli hərəkatının lideri adlandıran, şərhçi adlandıranlar Məsud Pezeşkianı sərt tənqid edir, xain çıxarır, nüfuzdan salmağa çalışırlar. Əslində onlar məlumatsız adam deyillər, İranı da bizdən yaxşı tanıyırlar. Sadəcə onların hazırkı mövqeləri, fəaliyyəti bu cür danışmağa vadar edir. Adamlar illərdir istər Quzeydə, istər Avropada, Amerikada müəyyən çevrələri “Güneydə Milli Hərəkat yaradırıq”, “Milli təşkilatlar qururuq”, “Qurduğumuz telekanallar Güneyə təsir edir” deyə aldadıb pul qoparırlar. Bakıda yaşayan bəzi “milli fəallar” artıq öz bizneslərini qurublar, oliqarx həyatı yaşayırlar. Onlara İranda hər hansı milli açılım, ana dilinə azadlıq sərf etmir. Onlar istəyir ki, vəziyyət elə belə qalsın, bunlar da para qazanmağa davam etsinlər. Adamlar Məsud Pezeşkianı qaralayıblar. Deyirlər sistemin adamıdır.

Bilirsiniz bu nəyə bənzədi? Nikol Paşinyan yenicə baş nazir seçilmişdi, siyasi şərhçilərimizdən biri mətbuata açıqlamasında “Paşinyan ermənipərəstdir” demişdi. Guya biz bilmirik də Məsud Pezeşkian sistemin adamıdır… İranda sistemdənkənar adam necə prezident ola bilər ki? Bəli, Məsud Pezeşkian sistemin adamıdır, onun prezident postuna gəlişinə yolu sistemin rəhbəri özü açdı. Amma rejimin buna hesabı başqa idi. Məsud Pezeşkianın missiyası var idi.

O, Azərbaycanla, Türkiyə ilə, Qərblə münasibətləri qaydasına salmalı idi. Helikopter qəzasında həlak olmuş sabiq prezident İbrahim Rəisi və onun xarici işlər naziri Hüseyn Əmirabdullahian dəfələrlə Azərbaycanı hədələmişdi. Rəisinin komandası 2020-ci ildə başlanmış Vətən müharibəsi zamanı Azərbaycanı haqq işinə dəstək vermədilər. Əksinə müsəlman torpaqlarını işğalda saxlayan, məscidləri murdarlayan erməni vəndallarına yardım etdilər. Lakin Azərbaycan dost və qardaş müttəfiq dövlətlərin dəstəyi ilə qalib gəldi. Bölgədə yeni reallıqlar yarandı. İran rəhbərliyi səhv etdiyini anladı, lakin artıq gec idi. Məsud Pezeşkianı da ona görə iş başına gətirdilər ki, vəziyyəti nisbətən yumşalda bilsin”.

E.Cəfərli deyib ki, çətin də olsa Məsud Pezeşkian işinin öhdəsindən gələ bilib:

“Molla rejiminin başbilənləri Azərbaycana o qədər düşmən kəsilmişdilər ki, səfirliyimizə də hücum təşkil etmişdilər. Buna baxmayaraq Məsud Pezeşkianın dönəmində münasibətlər xeyli yumşalıb. Lakin mənim üçün maraqlı olan Məsud Pezeşkianın ana dili hərəkatına dəstək verməsidir. O, seçki kampaniyası dövründə türk dilində çıxışlar etdi. Prezidentliyi dövründə türkçə müsahibələr verdi, Bakıda türk dilində şeir söylədi. Bu gün Güney Azərbaycanda uşaqlara türk dilində anlar verək kampaniyası gedir.

Bildiyim qədər Məsud Pezeşkian o kampaniyaya da dəstək verir. Onun çıxışları Güney Azərbaycanda ana dili hərəkatına böyük təkan verəcək. Bu gün Güney Azərbaycanda türk dili evlərdə fədakar müəllimlərin, aşıqların, şairlərin, yazarların hesabına yaşayır. İranın yumşaq gücü məzhəb, bizim yumşaq gücümüz musiqi, şeir, sənətdir. Biz İranda məhv edilməkdə olan ana dilimizi yalnız bu yolla yaşada bilərik. Lakin ümid edirəm ki, Məsud Pezeşkianın 4 illik prezidentliyi dövründə daha böyük nailiyyətlər əldə edəcəyik. Təbrizdə ana dilində məktəblərin açılması realdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Avqust 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri