Icma.az
close
up
RU
“PFL təkcə “Qarabağ”ın müraciətinə əsasən oyunu təxirə sala bilməz”

“PFL təkcə “Qarabağ”ın müraciətinə əsasən oyunu təxirə sala bilməz”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Əsasnamədə nəzərdə tutulmuş hallarda və qaydada matçların təxirə salınması, oyunun tarixinin, başlanğıc vaxtının və keçirilmə yerinin dəyişdirilməsi mümkündür”.

Bu sözləri Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev “Qafqazinfo”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndində oyunların vaxtının dəyişdirilməsi və təxirə salınması ilə bağlı müddəalar qeyd olunub: “Avrokuboklarda 4-cü təsnifat mərhələsində (pley-off) iştirak edən klub oyunun bir dəfə təxirə salınması üçün müraciət edə bilər. Liqa mərhələsindən sonrakı pley-off mərhələlərində də klubun bununla bağlı hər mərhələdə bir dəfə olmaqla müraciət etməsi mümkündür. Bu iki halda rəqib komandanın razılığı olmalıdır. Artıq “Qarabağ” komandası liqa mərhələsini adlayaraq 1/16 final mərhələsinə yüksəlib və pley-off mərhələsində İngiltərənin “Nyukasl” komandası ilə qarşılaşacaq. Əsasnamədə də göstərildiyi kimi, “Qarabağ” Futbol Klubu liqa mərhələsindən sonrakı pley-off mərhələlərində təxirə salınma ilə bağlı müraciət edə bilər. Komandanın Əsasnaməyə uyğun olaraq oyunun təxirə salınması üçün müraciət etmək hüququ var.

Lakin PFL təkcə “Qarabağ” komandasının müraciətinə əsasən oyunu təxirə sala bilməz. Bunun üçün komandanın Misli Premyer Liqasında qarşılaşacağı rəqibinin də razılığı olmalıdır. Əsasnamədə qeyd olunan bütün prosedur qaydaları yerinə yetirilərsə, PFL-in rəsmi saytında bu məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün PFL-ə Misli Premyer Liqasının 21-ci turunda “Neftçi”yə qarşı keçiriləcək matçın təxirə salınması ilə bağlı müraciət etmişdi. “Neftçi” isə bu qərarla razılaşmamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Fevral 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri