Pinnacle əməliyyatı davam edir! 142.000 insan təxliyə edilib, ölənlərin sayı artdı
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suriya ordusu Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində SDF adından istifadə edən PKK/ YPG- nin mövqelərinə qarşı hədəf əməliyyatlarına başlayıb.
Turkustan.az xəbər verir ki, ordu qüvvələri PKK/ YPG elementlərinə yüngül və ağır silahlarla hücum edib
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, təşkilata məxsus beş yer - Şeyx Maqsudda üçü və Əşrəfiyyədə ikisi - xəritədə paylaşılıb və mülki şəxslərə ərazini tərk etmək tövsiyə edilib. Suriya ordusunun əməliyyat başlatacağını elan etməsindən və mülki şəxslərin əraziləri tərk etmələrini tələb etməsindən sonra 142.000 mülki şəxs ərazini tərk edib. Hələb Mərkəzi Müdaxilə Komitəsinə istinadən verilən hesabatda deyilir: "Səksən nəqliyyat vasitəsi yerləşdirilib və 12 müvəqqəti sığınacaq açılıb; bunlardan 10-u Hələb şəhəri daxilində, ikisi isə Azaz və Afrin bölgələrindədir. Məcburi köçkünlərin axını davam edir."
Hələbdəki səhiyyə rəsmiləri SANA-ya danışaraq şəhərdəki vəziyyəti qiymətləndiriblər. Onlar bildiriblər ki, 6 dekabrdan bəri PKK/YPG tərəfindən həyata keçirilən hücumlarda ölənlərin sayı yeddi nəfərə çatıb.
Hücumlar nəticəsində 52 nəfər yaralanıb ki, onların da böyük əksəriyyəti mülki şəxslərdir. Qeyd olunub ki, yaralananlar arasında səhiyyə işçiləri də var.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 08 Yanvar 2026 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















