Icma.az
close
up
RU
Pirallahıda sahibkarlarla biznes mühitinin inkişafı müzakirə edilib

Pirallahıda sahibkarlarla biznes mühitinin inkişafı müzakirə edilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 iyul, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə sənaye, turizm, ictimai-iaşə, pərakəndə ticarət sahələrində fəaliyyət göstərən 80-dən çox sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayonda sahibkarlıq fəaliyyəti, əlverişli işgüzar mühitin yaradılması və mövcud imkanların reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə məlumat veriblər.

Bildirilib ki, 2016-cı ildə yaradılmış Pirallahı Sənaye Parkı qeyri-neft sektorunun inkişafına, xüsusilə də sənaye və əczaçılıq sahəsində sahibkarlığın genişlənməsi üçün xüsusi imkanlar təqdim edir. Sənaye sahəsində istehsalın qurulması üçün sənaye parkının təklif etdiyi güzəştlər və infrastruktur önəmlidir. Sahibkarların müasir çağırışlara uyğun olaraq innovativ və rəqabətqabiliyyətli istehsala yatırım etməsi faydalıdır. Eyni zamanda, rayonda fəaliyyət göstərən biznes subyektləri sənaye parkında fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq imkanlarını dəyərləndirməlidir.

Qeyd olunub ki, rayonda yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də bu sektorlarda fəaliyyətin genişləndirilməsi zamanı bazar araşdırmasının aparılması vacibdir. Sahibkarların şəbəkələşməsi və birgə təşəbbüslərə açıq olması kooperasiya və yeni əməkdaşlıqlar baxımından əhəmiyyətlidir. Biznes sahəsindəki yeniliklər, dövlət dəstəyi alətləri barədə məlumatlandırma, əlaqələndirmə və məsləhət xidməti üçün sahibkarlar KOBİA-nın KOB dostu ofislərinə müraciət edə bilərlər.

Tədbir çərçivəsində sahibkarların maliyyəyə çıxış, ictimai-iaşə sahəsində reklam yerləşdirilməsi, müxtəlif dəniz məhsullarının yetişdirilməsinə dəstək və digər məsələlərlə bağlı fikir və təklifləri dinlənilib, müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb. Həmçinin, KOBİA nümayəndələri Pirallahı Sənaye Parkında fəaliyyət göstərən "Diamed Co” MMC-nin şpris istehsalı müəssisəsində olub, istehsal prosesinə dair fikir mübadiləsi aparıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri