Pirallahının icra başçısı əməkdaşları imtahan edib, zəif nəticə göstərənləri işdən ÇIXARIR? RƏSMİ AÇIQLAMA
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pirallahı Rayon İcra Hakimiyyətindən başçı Vasif İmanovun qurumun apartında çalışan işçiləri tarix, informatika, məntiq fənlərindən imtahan etdiyi ilə bağlı iddialar yayılıb.
Üstəlik, icra başçısının zəif nəticə göstərən əməkdaşları işdən azad etdiyi bildirilib.
Məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Bizim.Media-nın sorğusuna belə cavab verilib:
“Aparat əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili, xidməti məsuliyyətinin və peşə biliklərinin artırılması,idarəetmənin müasir tələblərə uyğunlaşdırılması üçün maarifləndirmə tədbirləri mütəmadi həyata keçirilir.
Maarifləndirmə tədbirləri rəhbərlik və əməkdaşlar tərəfindən yüksək dəyərləndirilir.
Dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi və formalaşdırılması prioritet istiqamətlərdəndir”.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 26 Noyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















