Icma.az
close
up
RU
PKK nın dəfni: terror təhdidi bitir?

PKK nın dəfni: terror təhdidi bitir?

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

1978-cü ildə yaradılan və 1984-cü ildə ilk terror aktını həyata keçirən PKK terror təşkilatı özünü buraxdığını elan etməsi Türkiyə ilə yanaşı bir sıra ölklərdə müzakirə olunur. Terrorun tamamilə bitəcəyinə inananlar çox olsa da bunun əksini düşünənlər də var.

Qeyd edək ki, PKK Abdullah Öcalanın fevralın 27-də verdiyi bəyanatla əlaqədar qurultay təyin edib. Qruplaşmanın XII qurultayında PKK adı altında aparılan işlərə son qoyulduğu ilə bağlı qərar qəbul olunub.

PKK-nın ləğv edilməsi bölgəyə necə təsir edəcək, terror təşkilatının siyasi fəaliyyətə üstünlük verməsi Türkiyə üçün yeni təhlükələr yarada bilərmi? bu barədə millət vəkilləri, politoloqlar fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.

“Türkiyənin qətiyyəti həmin qüvvələri geri çəkilməyə məcbur etdi”

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, PKK onsuz da xaricdən müəyyən dairələrin dəstəyilə yaradılmışdı və indiyə qədər də onların dəstəyilə fəaliyyət göstərirdi: “Ancaq Türkiyə dövlətinin qətiyyəti, öz qürurunu, suverenliyini qorumaq bacarığı həmin qüvvələri geri çəkilməyə məcbur etdi. Eyni zamanda, ABŞ-nin yeni administrasiyası PKK layihəsinin uğursuz bir layihə olduğunu gördü: “Türkiyəni zəiflətmək əvəzinə, əksinə, güclü Türkiyə ilə əməkdaşlıq etmək bugünkü ABŞ-nin marağındadır. Bu baxımdan onlar PKK-ya yardım göstərmək fikrindən əl çəkdilər. Digər tərəfdən PKK ideyasına bağlı olan insanlar da 40 illik fəaliyyətlərinin ilk növbədə kürd xalqının maraqlarına zərər vurduğunun fərqində oldu. Bütöv bir nəsil ancaq döyüşə, özünü və yaxınlarını problemlərə düçar etməklə məşğul oldu. PKK-ya bağlı olan insanlar təhsildən, mədəniyyətdən kənarda qaldılar, Türkiyə dövlətinin idarə edilməsi imkanından məhrum oldular”.

Türk dünyasının qələbəs

Deputat vurğulayıb ki, son dövrlərdə dünyada gedən proseslər Türkiyənin özündə dövlətçiliyin, milli qürurun möhkəmlənməsi uğrunda aparılan siyasət öz müsbət nəticəsini verir: “PKK artıq tarixin səhnəsindən silinmiş olur. Bu, Türkiyənin, Türk dünyasının, həmçinin Azərbaycanın qələbəsidir. Cənab Prezidentimizin Türkiyə dövlət başçısına təbriki də onu göstərdi ki, Azərbaycan və Türkiyə hər zaman bir yerdədir və həmişə də bir yerdə olacaqlar”.

Politoloq Samir Hümbətov qeyd edib ki, PKK-nın ləğv edilməsi həm hüquqi, həm də fiziki baxımdan çox böyük məsələdir: “Bu, Türkiyənin və bölgənin xeyirinə olacaq bir hadisə kimi dəyərləndirilə bilər. Məlum məsələdir ki, Türkiyə artıq 50 ildən çoxdur ki, PKK terrorundan əziyyət çəkir. Amma təkcə Türkiyə deyil, eyni zamanda, bölgədə yaşayan digər ölkələr PKK terrorunun qurbanına çevrilib. Bu və ya digər formada Türkiyə özünə qarşı təhlükə və təhdid olanda məcburdur ki, həmin ərazidə antiterror əməliyyatları keçirsin və s. Bu da həmin dövlətlər ilə aralarında münasibətlərin pozulmasına gətirib çıxarır”.

Siyasi əhəmiyyət

S.Hümbətov PKK-nın ləğvinin çox önəmli olduğunu diqqətə çatdıraraq qeyd edib ki, lakin biz bilmirik pərdə arxasında PKK-nın ləğv edilməsi ilə bağlı hansı danışıqlar gedib və bu ləğv edilmənin arxasında duracaq tələb nə olacaq: “Abdullah Öcalanın sərbəst buraxılmasımı, yoxsa onun yenə də həbsdə qalmasımı, yoxsa ümumilikdə indiyədək PKK-da Türkiyə dövlətinə qarşı döyüşən şəxslərin tamamilə əfvdən yararlanması və Türkiyə vətəndaşı kimi yaşamasımı? Bunlar hələ bilinmir. Digər bir tərəfdən beynəlxalq güclərin buna reaksiyası hələ məlum deyil. Yəni bunu ABŞ, Avropa, Rusiya necə qarşılayacaq? Çünki bunu yaradan SSRİ ilə ABŞ-dir. Onların əlində alətə çevrilmişdi. Yəni bundan sonra buna reaksiya necə olacaq? Bu bir az müəmmalı qalır. Lakin hər vəziyyətdə PKK-nın ləğv edilməsi, istər siyasi, istərsə də fiziki baxımdan önəmlidir. Amma bir də bu məsələ də var ki, tərk-silah olunmanı PKK-nın hər bir üzvü edəcəkmi? O silahları təhvil verəcəklərmi? Bunun özü belə sual doğurur. Müəmmalar çoxdur. Ancaq bunu edəcəklərsə, bu çox önəmli bir məsələdir, müsbətdir və təqdirəlayiqdir”.

Türkiyə və bölgə insanının təhlükəsizliyi

Politoloq Sultan Zahidov bildirib ki, PKK-nın ləğv edilməsi həm Türkiyə, həm də bölgə üçün müsbət təsirə malik olacaq: “Çünki 45 il ərzində fəaliyyət göstərən bu təşkilat həm Türkiyənin, həm də bölgə insanlarının həyatına təhdid törətməklə yanaşı, regional sabitliyə və inkişafa ciddi maneə idi. Nəhayət ki, 45 ildən sonra bu təşkilatın özünü buraxmasını elan etməsi həm Türkiyə və bölgə insanının təhlükəsizliyinin təmini baxımından əhəmiyyət kəsb edir, həm də Türkiyənin artıq PKK məsələsini kənara qoyaraq digər təhlükəsizlik məsələlərinə, o cümlədən iqtisadiyyatının inkişafına, sabitliyin təmin olunmasına yönələcək addımlar atmasına vəsilə ola bilər”.

Şərqi Anadolunun inkişafı...

Onun sözlərinə görə, PKK-nın ləğv edilməsi Şərqi Anadolunun inkişafında daha böyük layihələrin həyata keçirilməsinə yaşıl işıq olacaq: “Çünki bir yerdə ki terror var, ora investisiyanın gəlməsinə, orada iqtisadiyyatın inkişafına müxtəlif maneələr olur. Artıq bu maneə də aradan qalxdığına görə düşünürəm ki, bundan sonrakı mərhələdə Şərqi Anadolunun inkişafı yönündə daha böyük layihələr, investisiyalar həyata keçiriləcək”.

Politoloq PKK-nın regional səviyyədə bir təhdid olduğunu vurğulayaraq əlavə edib ki, nəinki Türkiyə, regionda digər dövlətlər də onun ləğv olunmasından müsbət mənada təsirlənə, inkişaf və sabitlik yolunda addımlar ata bilərlər: “Amma əsas məsələ odur ki, PKK-nın ləğvi yalnız kağız üzərində deyil, həm də praktiki əməldə də özünü göstərsin. Bəzən təşkilat özünü buraxır, amma onun tör-töküntüləri, qalıqları fəaliyyət göstərməyə davam edir. Ona görə bu, özü bir problemdir. Digər tərəfdən də PKK-ya bağlı digər radikal kürd qruplaşmaları da var. Suriyada YPG, İranda PEJAK. Düzdür, Suriyadakı YPG də silahı buraxacağı ilə bağlı məlumat vermişdi. Amma bunun praktiki sahədə də özünü göstərməsi vacibdir”.

“Türkiyə atdığı addımlarla siyasi fəaliyyəti tənzimləyəcək”

O həmçinin qeyd edib ki, siyasi fəaliyyət hərbi fəaliyyətdən daha müsbət bir nəticədir: “Çünki hər şeydən əvvəl insanların ölüm təhdidi yoxdur. PKK 45 il ərzində 10 minlərlə insanın qanına qəltən olmuşdu, türk mehmetçiyinin qanına qəltən olmuşdu, mülki şəxslərin həyatına son qoymuşdu. Bunun aradan qalxması təhlükəsizlik baxımından, insanın həyatının xilası baxımından böyük bir uğurdur. Siyasi fəaliyyət isə uzun müddətdə müəyyən təhdidlər törədə bilər. Yəni siyasi olaraq onların müəyyən tələbləri ola bilər. Amma yenə də düşünürəm ki, Türkiyə atdığı addımlarla siyasi fəaliyyəti tənzimləyə biləcək. Yəni Türkiyənin inklüziv siyasəti və fərqli qruplaşmaları bir çətir altında toplamaq siyasəti düşünürəm ki, artıq həmin qruplaşmaların radikal addımlar atmasına mane olacaq və demokratik yollarla həmin qruplaşmalar öz istəklərini, hüquqlarını tələb edə biləcəklər. Bu daha sivil yoldur və dünyanın bütün ölkələrində də bu var. O baxımdan düşünürəm ki, PKK rəhbərliyi özü də anladı ki, hərbi yollarla, zorakılıq yolu ilə istədiklərinə nail ola bilməyəcəklər”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 May 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see361

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see331

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see302

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see228

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see221

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see215

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see200

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see194

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see170

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see162

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see162

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see161

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see158

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see157

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see155

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see155

Fransada yanğınsöndürənlər və xilasedicilər sentyabrın 26 dan müddətsiz tətilə başlayırlar

20 Avqust 2026 08:34see154

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see153

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see152

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri