Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

PKK nın özünü buraxması: terrorçulara etibar etmək olarmı? ANALİTİKA

PKK nın özünü buraxması: terrorçulara etibar etmək olarmı? ANALİTİKA

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 14 may, AZƏRTAC

“Kürdüstan Fəhlə Partiyası” (PKK) terror təşkilatı tarixində ikinci dəfə özünü ləğv etdiyini və silahlı mübarizəyə son qoyduğunu elan edib. Türkiyənin on illərdir mübarizə apardığı qanlı təşkilata etibar etmək olarmı?

Ankara terrorçuların dağılması ilə bağlı xəbərləri alqışlayır, lakin skeptisizm və inamsızlıq da qalmaqdadır.

Separatçı təşkilatın adı ilk dəfə 1973-cü ildə meydana çıxıb. İlk mərhələdə PKK cəmi 21 yaraqlıdan ibarət olub, onlar 1978-ci il noyabrın 27-də Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətinin Fis kəndində toplaşıblar.

Terrorçular tərəfindən ilk böyük terror aktı 1984-cü il avqustun 15-də törədilib. Həmin gün silahlılar iki yaşayış məntəqəsinə - Eruh (Siirt vilayəti) və Şemdinliyə (Hakkari vilayəti) qəflətən hücum ediblər.

Türkiyədə antiterror əməliyyatlarının başlaması ilə PKK yaraqlıları tələsik Suriyadan keçərək Livana qaçıblar, cinayətkar təşkilatın lideri Abdullah Öcalan isə Suriyanın paytaxtı Dəməşqdə öz “qərargahını” qurub.

Ötən 47 il ərzində PKK terrorçuları qadın, qoca və uşaqlar da daxil olmaqla 15 minə yaxın Türkiyə vətəndaşını qətlə yetirib.

Ekspertlər terrorçuların qanlı əməllərindən Türkiyə iqtisadiyyatına dəyən zərəri təqribən 2 trilyon dollar məbləğində qiymətləndirir.

Eyni zamanda, hüquq-mühafizə orqanları və Türkiyə Silahlı Qüvvələri bu illər ərzində 46 mindən çox yaraqlını məhv etməyə nail olub.

Terror təşkilatının lideri Abdullah Öcalan 1999-cu ildə Keniyada tutularaq Türkiyəyə aparılıb və orada mühakimə olunduqdan sonra ömürlük həbs cəzasına məhkum edilib.

İmralı adasında 25 ildən artıq həbsdən sonra A.Öcalan bu il fevralın 29-da “PKK-nın qarşıya qoyduğu məqsədlərə nail ola bilməyəcəyini” bəyan edərək qadağan olunmuş təşkilatı özünü ləğv etməyə çağırıb. Buna cavab olaraq, mayın 5-7-də terrorçular “12-ci qurultay” keçirib, bunun ardınca terror təşkilatının özünü buraxdığını və silahlı mübarizəyə son qoyduğunu bəyan ediblər.

Lakin fakt ondan ibarətdir ki, bu, PKK-nın ilk belə bəyanatı deyil.

Türkiyə ordusu və polisinin uğurlu addımları fonunda PKK liderləri dəfələrlə “birtərəfli atəşkəs” (1993, 1995, 1998, 2006, 2009, 2013-cü illərdə) elan edib, sonra yenidən qanlı aksiyalar təşkil olunub.

Əvvəllər də qrup özünü buraxdığını elan etmişdi. Bu, 2002-ci ilin aprelində, “8-ci qurultay”a toplaşan PKK liderləri cinayət təşkilatının fəaliyyətini dayandırdıqlarını elan etdikdən sonra, sadəcə olaraq, onu KADEK adına dəyişdikdə baş vermişdi.

Bundan sonra terrorçuların əsl məqsədi PKK-nın bir sıra ölkələrin terror təşkilatları siyahısına salınması ilə bağlı beynəlxalq təzyiqləri azaltmaq oldu. Lakin tezliklə KADEK terrorçular siyahısına salındı və artıq 2003-cü ildə yaraqlılar qadağan olunmuş təşkilatın adını yenidən “Konqra-Gel” olaraq dəyişdirdilər. Amma gözlənildiyi kimi, bu plan da iflasa uğradı, ona görə də 2005-ci ilin mart ayının sonunda PKK yaraqlıları öz adları altında yenidən hücumlar və terror aktları həyata keçirməyə başladılar.

Türkiyənin bölgədəki qonşu ölkələrində terrorçular müxtəlif adlar - İraqda PÇDK, İranda PJAK, Suriyada PYD işlətməyə başladılar.

Məhz bu səbəbdən də bəzi analitiklər 2002-2005-ci il ssenarisinin təkrarlanmasından ehtiyat edir, terror təşkilatının tərksilah edilməsi ilə bağlı bəyanatlara müəyyən qədər inamsız yanaşırlar.

Eyni zamanda, tam aydındır ki, onilliklər ərzində davam edən qanlı fəaliyyət dövründə terrorçular yerləşdikləri ölkələrin əhalisindən sosial dəstək ala bilməyib, türk ordusu, jandarm və polis qüvvələrinin uğurlu əməliyyatları sayəsində onların sıraları azaldılıb.

Dövlət orqanlarının və strukturlarının terrorçuların özünü ləğv etməsi və tərksilah edilməsi prosesini yaxından izləyəcəyini bəyan edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatı diqqətəlayiqdir. “Məqsədimiz terrorçuları qeyd-şərtsiz tərksilah etmək və təşkilatın özünü buraxmasıdır. Yaraqlılar tərəflərə siyasi arenada öz maraqlarını tam şəkildə müdafiə etmək imkanı verməlidir. Heç kim türk və kürd xalqlarının birliyini poza bilməz”, - deyən Türkiyə lideri aydın şəkildə “Terrorsuz Türkiyə” hədəfini açıqlayıb.

Bu arada Türkiyə mediası cinayətkar qrupun tərksilah edilməsi üzrə Yol Xəritəsini açıqlayıb.

Qardaş ölkədəki media mənbələrinin məlumatına görə, terrorçuların silahlarını təhvil verməsi prosesi 3-4 ay çəkəcək. Bu müddət ərzində İraqın Türkiyəyə bitişik şimal bölgələri də daxil olmaqla, 3400-ə yaxın silahlı bölgənin dağlıq ərazilərini tərk edəcək.

Şimali İraqda silahlıların silah daşıyacağı üç və ya dörd nöqtə müəyyən ediləcək. Artıq müvafiq hazırlıq işləri aparılır və qabaqlayıcı tədbirlər görülüb. Bütün prosesi Şimali İraq Kürd Regional İdarəsi və Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) birgə izləyəcək.

Türkiyənin dövlət qurumları PKK arsenalında olan silahların təxmini sayını bilir, ona görə də Ankara silah və sursatın hələ də yaraqlıların əlində nə qədər olduğuna dair təsəvvürə malik olacaq.

Terrorçular, həmçinin mağaralar da daxil olmaqla silah anbarlarının yerlərini açıqlamağa məcbur olacaqlar.

Təxminən 3500 RKK terrorçusundan yüzə yaxını kriminal strukturun liderləri arasında yer alır. Bu iki kateqoriyalı yaraqlılar üçün fərqli yanaşma tətbiq olunacaq. Terror aktlarında iştirak etdiyinə görə axtarışda olmayan yaraqlıların əksəriyyəti Türkiyəyə qayıda biləcək. Türkiyə qanunvericiliyinə onlar üçün iki ildən sonra həyata keçirilməsi planlaşdırılan sosial nəzarət mexanizmi çərçivəsində xüsusi dəyişiklik ediləcək, beləliklə, onların “şərti olaraq” azadlığa buraxılması gözlənilir. Eyni zamanda, PKK terrorçularının liderləri Afrikanın cənubuna və ya bəzi Qərb ölkələrinə gedəcəklər. Şimali İraqda yaşamaq variantı da mümkündür. Eyni zamanda, Ankarada PKK liderlərinin Suriyanın şimalına köçməsi ilə bağlı təkliflər rədd edilib. PKK terror təşkilatının Suriya qanadı olan YPG-yə gəlincə, bu yaraqlılar Suriya Milli Ordusuna birləşdiriləcək.

Suriyada PKK/YPG yaraqlılarına qarşı məhkəmələr Ankara və Dəməşqin birgə səyləri ilə həyata keçiriləcək.

Türkiyə xüsusi xidmət orqanları qanlı strukturun sıralarını tərk edən silahlıların yeni terror təşkilatı yaratmaq təhlükəsini təhlil edərək PKK-nın fəaliyyətini yaxından izləyəcək.

Terror təşkilatının zərərsizləşdirilməsi prosesinin bu ilin oktyabr ayına qədər yekunlaşacağı güman edilir. Payızda “demokratikləşmə” prosesi başlayacaq və bu proses çərçivəsində Türkiyə Konstitusiyasına dəyişiklik edilməsi məsələsinə də baxıla bilər. Eyni zamanda, Türkiyənin təhlükəsizlik strategiyasına yenidən baxılmayacaq. Ölkənin milli təhlükəsizliyinə təhdidlər aradan qaldırılana qədər antiterror əməliyyatları davam edəcək.

Hər halda, sonrakı proseslərdən asılı olmayaraq, PKK-nın özünü ləğv etdiyini elan etməsinin özü də Rəcəb Tayyib Ərdoğanın liderliyində Türkiyənin Ədalət və İnkişaf Partiyasının növbəti mühüm uğurudur.

Məhz Ərdoğanın liderliyi ilə Türkiyə son onilliklərdə bir çox problemi həll edə bildi, o cümlədən terrorla mübarizənin gücləndirilməsi “Terrorsuz Türkiyə” hədəfini yaxınlaşdırdı.

Türkiyənin hazırkı hakimiyyətinin siyasəti, şübhəsiz ki, ölkələrin milli təhlükəsizliyinin qarşısında duran çağırışlara qarşı yeni bir modeldir.

Terror təhlükəsinin tamamilə aradan qaldırılması 2053-cü və 2073-cü illər üçün iddialı hədəfləri müəyyən edən Türkiyənin inkişafı üçün güclü təkan olacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bazar ertəsi günü PKK terror qrupunun özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib. Dövlət başçısı “X” sosial şəbəkəsindəki hesabında bununla bağlı etdiyi paylaşımda bildirib: “Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm.

Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir.

Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri