Icma.az
close
up
RU
PKK Öcalanın çağırışını QƏBUL ETDİ Terror təşkilatı sözünün üstündə DURACAQ?

PKK Öcalanın çağırışını QƏBUL ETDİ Terror təşkilatı sözünün üstündə DURACAQ?

Icma.az bildirir, Yenicag portalına istinadən.

“Əvvəlki dövrlərdə də bir növ kürd açılımından söhbət gedirdi və bu, PKK üzərindən həyata keçirilmirdi. Əksinə, daha çox Şivan Pərvər, İbrahim Tatlıses və digər ictimaiyyət üzərindən sözügedən proses aparılmağa çalışılırdı. Ancaq indi vəziyyət dəyişib və bu məsələ artıq daha çox PKK üzərindən həyata keçirilir. Hazırda isə terrorçuların bu prosesdə rol alması, onların geri çəkilməsi və silahı qoyması, həmçinin bu təşkilatın buraxılması ilə bağlı addımlar atılır”.

Bunu Yenicag.az-la söhbətində Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Millət vəkili PKK-nın 26 ildir ki, İmralıda həbsdə saxlanılan lideri Abdullah Öcalanın terror təşkilatına silahı yerə qoyması ilə bağlı etdiyi çağırışı və PKK-nın bununla razılaşmasının siyasi motivlərini şərh edib.

F. Mustafa vurğulayıb ki, bununla yanaşı, PKK-ya qarşı artıq kifayət qədər çoxşaxəli mübarizə aparıldığından bu təşkilatın resursları da müəyyən dərəcədə tükənməkdədir:

“Bu baxımdan, məsələnin dəyişməsi fərqli bir situasiya yaradır, çünki artıq söhbət terrorun necə bitirilməsindən gedir. Türkiyə hökuməti də, xüsusilə də Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Bağçalının dili ilə bu prosesi daha çox siyasi müstəviyə çəkməyə çalışır və bu, AK Partiyanın razılığı ilə nəzərdə tutulan bir prosesdir. Öcalanın bu addımı atması isə təqdirəlayiqdir, çünki onlar artıq bu mübarizənin motivasiyasının və resurslarının tükəndiyini, eləcə də bunun son hədəfə çatmaq üçün bir yol olmadığını qəbul ediblər. Əgər qəbul etməsəydilər, heç bu addımı da atmazdılar. Əslində, bu, Türkiyənin daxili barışını təmin etmək, kürdlərlə bağlı müəyyən demokratik açılımları gündəmə gətirmək və bu terror təşkilatı vasitəsilə idarə olunmalarının qarşısını almaq məqsədini güdür”.

BQP sədri hesab edir ki, bundan sonra Türkiyədəki kürdlər siyasi kimliklərini daha fərqli şəkildə parlamentdə və digər müstəvilərdə davam etdirəcəklər:

“Bu, türk və kürd qardaşlığının bir dövlətin çatısı altında bölünmədən, parçalanmadan, federasiya və ya konfederasiya yaratmadan, demokratik prinsiplərlə yaşamasını təmin edə biləcək bir layihədir. Məncə, bu layihəni təqdirlə qarşılamaq lazımdır. Əvvəl-axır, silahla bu məsələlərin həll olunmayacağını dərk edənlər artıq yeni bir yol izləməyə başlayıblar. Əgər bu yol Türkiyə dövləti üçün qənaətbəxşdirsə və terrora sərf olunan resursları müəyyən dərəcədə azaldırsa, bu, olduqca faydalı bir yoldur”.

Rafi Müslümov

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 03 Mart 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri