Icma.az
close
up
RU
Trampdan sensasion plan: Putin də etiraz etdi Dünyanın danışdığı gizli silah dır?

Trampdan sensasion plan: Putin də etiraz etdi Dünyanın danışdığı gizli silah dır?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nobel Sülh Mükafatına venesuelalı siyasi və ictimai xadim Mariya Korina Maçado layiq görüldü. Mükafat Maçadoya Venesuela xalqının demokratik hüquqlarının inkişafı və diktaturadan demokratiyaya ədalətli və dinc keçidə nail olmaq üçün yorulmaz fəaliyyətinə görə təqdim edilib. ABŞ Prezidenti Donad Trampın çox istədiyi Nobel Sülh Mükafatının venesuelalı bir siyasətçiyə verilməsi diqqət çəkir.

Qərardan sonra səslənən reaksiyalar da kifayət qədər maraqlıdır. Məsələn, Rusiya Prezidenti Vladimir Putin Düşənbədə çıxışında bildirib ki, Nobel Komitəsinin bu qərarı mükafatın etibarına ciddi zərbə vurub. Ağ Evin sözçüsü Stiven Çeunq isə X sosial şəbəkəsində Nobel Komitəsinin siyasəti sülhdən daha vacib saydığını yazıb. “Prezident Tramp sülh sazişləri bağlamağa, müharibələri sona çatdırmağa və həyatları xilas etməyə davam edəcək. Onun ürəyi humanistdir və onun kimi iradəsinin gücü ilə dağları yerindən tərpədə biləcək başqa heç kim yoxdur”, – Çeunq qeyd edib.

Donald Trampın Nobel Sülh Mükafatını almaq arzusu heç kimə sirr deyil. Lakin sirr olmayan başqa bir məsələ də var: Trampın siyasi davranışının qeyri-müəyyənliyi. O, çox rahat şəkildə sağ göstərib sol vura biləcək qədər çevik və strateji düşüncəyə malik bir siyasətçidir. Bu mənada Trampın Nobel Sülh Mükafatına olan marağının fonunda məhz Venesuela siyasətçisi Mariya Korina Maçadonun mükafata layiq görülməsi təsadüfi təsir bağışlamır.

Məsələ təkcə Venesuelada demokratiya ideyalarının təşviqi ilə məhdudlaşmır. Fikrimcə, bu addım ABŞ-ın, daha konkret desək, Donald Trampın regiondakı strateji oyun planının bir hissəsidir.

Tramp çox zaman öz siyasi məqsədlərinə “sülh təşəbbüsləri” pərdəsi altında nail olmağa çalışan mürəkkəb fiqurdur. Məsələn, Ukrayna müharibəsinin, Yaxın Şərqdə İsrail–İran qarşıdurmasının və s. siyasi proseslərin getdiyi bir zamanda Tramp qəfildən Venesuela sahillərində “kartellərlə mübarizə”yə başladı. Məlum olduğu kimi, bir müddətdir ki, həm ABŞ daxilində, həm də Venesuelanın etirazlarına baxmayaraq bu ölkənin sularına yaxın ərazilərdə “anti-kartel” adı altında əməliyyatlar aparılır. Prezident Nikolas Maduro hökumətinin əsas maliyyə dayaqlarından birinin məhz həmin kartellər olduğu da aydındır. Yəni Tramp bir tərəfdən Maduronun maliyyə kanallarını kəsir, digər tərəfdən isə onun ən böyük rəqiblərindən biri olan Mariya Korina Maçadonu gücləndirir.

Misal üçün 2025-ci ilin yanvarında ABŞ Prezidenti Donald Tramp Mariya Korina Maçado barədə öz sosial şəbəkə səhifəsində bunları yazmışdı:

Sitat:

“Venesuelalı demokratiya fəalı Mariya Korina Maçado və seçilmiş prezident Qonsales Venesuela xalqının səsini və iradəsini dinc şəkildə ifadə edirlər, rejimə qarşı yüz minlərlə insan etiraz edir.

ABŞ-da yaşayan böyük Venesuela-Amerika icması azad Venesuelanı tam şəkildə dəstəkləyir və məni də güclü şəkildə dəstəkləyib. Bu azadlıq uğrunda mübarizə aparan insanlara ziyan verilməməlidir və onların təhlükəsizliyi, həyatda qalması təmin olunmalıdır”.

İndiki məqamda Maçadonun Nobel Sülh Mükafatına layiq görülməsi Trampın oyununa mükəmməl ideoloji fon yaradır. Nobel Komitəsinin qərarı onu beynəlxalq arenada “ədalət və azadlıq” simvoluna çevirir, həm daxildə, həm də xaricdə legitimlik qazandırır. Beləcə, ABŞ-ın dəstəklədiyi qadın fiqur tədricən Venesuelada hakimiyyət dəyişikliyinin simvoluna çevrilə bilər. Son zamanlar dünyanın diqqət mərkəzindən uzaq bir çox regionda məsələn, Nepalda və Madaqaskarda “Z” nəslinin inqilablar etdiyi nəzərə alınsa, belə bir tendensiyanın Venesuelada da təkrarlanması mümkün görünür.

Putin və digər tənqidçilərin reaksiyası da təsadüfi deyil. Rusiya üçün bu, Qərbin “yumşaq çevriliş diplomatiyası”nın yeni formasıdır. Ağ Evin Tramp yönümlü bəyanatları isə bunu gizlətmir, əksinə, mükafatın “sülh deyil, siyasət” üzərindən verildiyini açıq şəkildə təsdiqləyir.

Düşünürəm ki, bu, sadəcə bir mükafat qərarı deyil, geopolitik teatrın yeni pərdəsidir. Aydın məsələdir ki, Maçadonun ipi Vaşinqtonun əlindədir. Tramp isə sadəcə bir il fərqlə Nobel Sülh Mükafatdan ayrı qaldı. Amma planı işləyərsə, çox daha ciddi uğur qaza bilər.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri