Icma.az
close
up
RU
Plansız ALIŞ VERİŞ Bir məhsul almağa girdiyimiz marketdən niyə ƏLİDOLU ÇIXIRIQ?

Plansız ALIŞ VERİŞ Bir məhsul almağa girdiyimiz marketdən niyə ƏLİDOLU ÇIXIRIQ?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Yenə bir məhsul almaq üçün marketə girib özümdən asılı olmadan əli dolu çıxdım”.
Bu ifadəni gündəlik həyatımızda yəqin ki, hər birimiz tez-tez istifadə edirik. Bu gün alışveriş dünyasında, marketlər və ticarət məkanları yalnız məhsul satmaqla qalmır, eyni zamanda bizim şüuraltımıza təsir etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Satınalma qərarlarımızın böyük bir hissəsi, şüuraltı təsirlər nəticəsində həyata keçir. Araşdırmalara görə, market alışverişlərinin təxminən 70%-i plandan kənar şəkildə gerçəkləşir. Ümumiyyətlə, statistik olaraq orta alıcı hər il supermarketə 221 dəfə səfər edir.
Qarşılaşdığımız reklamlar çox vaxt bizi öncədən planımızda olmayan qərarlar verməyə yönəldir. Bu reklam texnikaları, insanların ehtiyaclarını və arzularını hədəf alır, buna görə də onların qərarlarını yönləndirmək çox effektiv olur. Ancaq şüuraltı reklam yalnız marketlərdə deyil, televiziyada, sosial mediada və internetdə də sıx istifadə olunur. Təəssüf ki, bəzən şüuraltı reklamlar bizi ehtiyacımız olmayan məhsulları almağa məcbur edir və bu da iqtisadiyyatda "səhv xərcləmələrə" səbəb olur.
Bəs, hansı amillər bizə marketdə daha çox  şeyi almağa və ya səbətimizi gözlənildiyindən daha çox doldurmağa səbəb olur? Nəzərdə tutduğumuzdan və istədiyimizdən daha çox vaxt və pul xərcləməyə bizi necə təşviq edir?
Cavab sadədir: Şüuraltı reklam -  İnsanların məhsul və ya xidmətlərə qarşı qərarlarını qavrayış və hisslər vasitəsilə, şüuraltı səviyyədə yönləndirən reklam texnikalarıdır. Bu cür reklamlar, əslində bizim şüurumuzun dərinliklərinə nüfuz edir və biz onu fərqində olmadan qəbul edirik. Şüuraltı mesajlar, çox vaxt sözlərdən və şəkillərdən daha çox, rənglər, musiqi, qoxular və ya xüsusi işıqlandırma kimi qeyri-şüuri stimuli vasitəsilə ötürülür.
Həmçinin Rənglər və İşıqlandırma, musiqi və səs, qoxuların təsiri( Bəzi marketlər və mağazalar xüsusi olaraq qoxu istifadə edirlər. Məsələn, təzə çörək və ya qəhvə qoxusu, insanların həmin məhsulları almağa daha çox təşviq edər)
Sosial Təsirlər və “Bu məhsul bitəcək” qorxusu, kampaniyalar və təkliflər(Endirimlər və kampaniyalar şüuraltı olaraq bizi cəlb edir. “İki al, bir pulsuz!” və ya “Məhdud təklif” kimi etiketlər, alıcıları həmin məhsulu almağa yönəldir) kimi səbəblər də bizi daha çox məhsul almağa vadar edir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan marketoloq Bəylər Əlizadə bildirib ki, alıcı davranışına təsir edən, onu daha çox pul xərcləməyə, daha çox məhsul istehlak etməyə təşviq edən amillər marketlərin marketinq strategiyalarının tərkib hissəsidir və hər hansısa bir qərara əsaslanır.
“Məsələn bir marketdə günlük ziyarət çox, ortalama müştəri qəbzinin dəyəri 50 AZN olduğu halda market yeni bir strategiya ilə mağazanı ziyarət edən şəxs sayını azaltmaq hesabına belə orta çekin dəyərini artıra bilər. Bunun üçün müxtəlif marketinq addımları, strategiyaları mövcuddur. Bəs alıcılara necə təsir etmək olur sualın versəniz bu siyahıya vitrinlərin mağaza daxilində düzülüşü, məhsulların vitrinlərdə düzülüşü, ətirlərdən istifadə, məhsul sıralanması, vitrinin və ya məhsulun market daxilindəki yeri, hündürlük səviyyəsi, cross kampaniyalar, xüsusi təkliflər və s. aid etmək olar”,- o deyib.
B.Əlizadənin sözlərinə görə, market əvvəlki davranışları, dataları ölçərək öz zəif olduğu nöqtələri müəyyən edir və bunun əsasında yeni addımlar atmağa başlayır: “Bu addımların kökündə dayanan ən vaciblərindən biri də məhz şüuraltında baş verən təşviqat və reklamlardır”.
Ayşən Rəhim, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Mart 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri