Icma.az
close
up
RU
Marketdən alış veriş edənlərin nəzərinə

Marketdən alış veriş edənlərin nəzərinə

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəzən istifadə müddəti hələ bitməyən qida məhsullarının keyfiyyətinin pozulması halları ilə qarşılaşırıq. Bu isə istehlakçılarda haqlı narahatlıq yaradır.

Qida mütəxəssisi Asim Vəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, istənilən qida məhsulunun üzərində yazılan istifadə müddəti məhsulun hansı tarixə qədər təhlükəsiz və keyfiyyətli olduğunun göstəricisidir. Ancaq bəzi hallarda məhsulun istifadə müddəti bitmədiyi halda keyfiyyətində pozulmalar baş verə bilir. Hər bir məhsulun üzərində saxlanma şəraiti və temperaturu yazılır:

"Qida məhsulları adətən müəyyən temperaturda, rütubətdə və işıqda saxlanılmalıdır. Bu şəraitə əməl olunmadıqda, məhsul tez bir zamanda xarab ola bilər. Məsələn soyuq saxlanmalı süd otaq temperaturunda saxlanarsa, içindəki mikroorqanizmlər sürətlə çoxalaraq məhsulu xarab edə bilir. Günəş şüaları yağlı məhsullarda oksidləşməni sürətləndirərək acımtıl dad əmələ gətirə bilir. Başqa bir amil qablaşdırmadır. Qablaşdırma, məhsulu xarici təsirlərdən qoruyur. Əgər paket cırılıbsa, vakum qablaşdırma pozulubsa, qapaq düzgün bağlanmayıbsa, hava, rütubət və mikroorqanizmlər məhsula daxil ola bilir. Bu halda keyfiyyət pozulur. "Soyuq zəncir" xüsusilə tez xarab olan məhsullar üçün çox vacibdir. Əgər bu zəncirdə pozulma baş verirsə, məhsulun içində mikroorqanizmlər aktivləşib çoxala bilir".

O qeyd edib ki, bir çox hallarda məhsul düzgün saxlanılsa da, ətrafdakı çirklənmiş alətlərlə, əllərlə və ya digər məhsullarla təmas vasitəsilə bakteriyalar bulaşa bilir. Bu hal məhsulun vaxtından əvvəl xarab olmasına gətirib çıxarır:

"Bəzi məhsulların tərkibində az miqdarda da olsa mikroorqanizmlər ola bilər. Əgər məhsulun emalı düzgün aparılmayıbsa, konservləşdirmə prosesi tam effektiv olmayıbsa, mikroorqanizmlər məhsulun içində çoxalaraq onun dadını, qoxusunu və görünüşünü pozur", - deyə Asim Vəliyev əlavə edib.

Ekspertin sözlərinə görə, istehlakçılar alış-veriş zamanı yalnız məhsulun üzərindəki tarixə deyil, həm də onun saxlanma şəraitinə və qablaşdırmasına diqqət yetirməlidirlər:

“Mağazada məhsulun soyuducuda, lazımi temperaturda saxlanılıb-saxlanılmadığına mütləq baxmaq lazımdır. Əgər soyuducular açıq qalırsa, buzlanma varsa və ya məhsullar otaq temperaturunda sərgilənirsə, bu, artıq potensial təhlükədir. Qablaşdırması zədələnmiş, şişmiş, yapışqan və ya nəmli olan məhsullar mikrobioloji çirklənməyə məruz qalmış ola bilər. Xüsusilə vakumlu qablaşdırmalarda hava ilə təmas məhsulun rəf ömrünü qısalda bilir".

Ekspert istehlakçılara həmçinin tövsiyə edir ki, marketlərin ümumi gigiyenik vəziyyəti, işçi heyətin davranışı və soyuducu avadanlıqların vəziyyəti də diqqət mərkəzində saxlanılsın. Əgər soyuducuda eyni markalı məhsullardan biri şişmiş, kiflənmiş və ya zədələnmişsə, digər məhsullar da eyni risk altında ola bilər.

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 Avqust 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri