Icma.az
close
up
RU
Plasenta: tibbi tullantı həyat xilas edə bilərmi?

Plasenta: tibbi tullantı həyat xilas edə bilərmi?

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ana bətnində 9 ay bizi bir kisə qidalandırır. Elm ona "plasenta" deyir. Biz dünyaya gəldikdən sonra 9 ay ana bətnində bizi qidalandıran həyat ağacı-plasenta, bizi plasentaya bağlayan göbək ciyəsi (göbək bağı) bədəndən ayrılır. Yəni onun missiyası biz doğulanda başa çatır və tibbi tullantı olur.

Son illər plasentanın kosmetologiyada istifadəsini çox eşidirik, daha çox sənət adamları dərisini gözəlləşdirmək üçün onun hüceyrələrini üzünə tətbiq etdirir. Buna görə təhqirə, söyüşə də məruz qalırlar. Sosial şəbəkələrdə belə videoların altına "Allah bilir hansı uşağın qanını alıb üzünə vurub", "uşaqları öldürüb toxumasını üzünə vurdurub" kimi şərhlər yazırlar.

Plasenta ana hamilə qaldıqda uşaqlığının divarına yapışır və göbək ciyəsi vasitəsi ilə bizim orqanizmimizdən mühaviə etdiyi körpəni qidalandırır. Yəni onun inkişafı üçün lazım olan hər şeyi bir növ bizdən çəkir, ona ötürür. Uşaq doğulanda plasenta öz vəzifəsini bitirir, uşaqlığın divarından qopur, doğuş prosesi bitəndə o da bədəndən xaric edilir və tibbi tullantılar qəbristanlığına göndərilir.

Müasir elm deyir ki, plasenta toxumalarında müxtəlif növ kök hüceyrələr mövcuddur. Bəzi ölkələrdə plasentanın kök hüceyrələri qan xərçənginin, limfomanın, anemiyanın müalicəsində istifadə edilir, serebral iflic xəstələrinə tətbiq edilir, orqan və toxuma regenerasiyasına kömək edir. Müasir tibb gələcəkdə plasenta toxumalarının köməyi ilə hətta orqan yetişdirməyi planlayır.

Plasenta təkcə kök hüceyrələrinin zəngin mənbəyi deyil, onun toxumasında həm də bir çox müxtəlif bioloji aktiv maddələr var. Bunlar sitokinlər, hormonlar, vitaminlər, ixtisaslaşmış funksiyalara malik zülallar, fermentlər, mikroelementlərdir. Bir sözlə, plasenta şüurlu şəkildə formalaşmış insan orqanıdır. Plasenta ekstraktı tibbdə və kosmetologiyada immunomodulyator, bərpaedici və iltihab əleyhinə xüsusiyyətlərə malik bir dərman kimi tətbiq edilir. Unikal biokimyəvi xüsusiyyətlər plasenta ekstraktının dermatologiya, terapiya, cərrahiyyə, travmatologiya, nevrologiya, ginekologiyada da istifadəsinə imkan verir.

Məlumdur ki, plasenta ekstraktı birləşdirici toxumanın əsas zülalı olan kollagenin əmələ gəlməsini stimullaşdırır. Plasenta ekstraktının neyroprotektiv təsiri bu dərmanı nevroloji xəstəliklər, onurğa beyni və beyin zədələnmələri olan xəstələrin müalicəsi və reabilitasiyası üçün perspektivli hesab etməyə imkan verir. Bu gün dünyada çoxsaylı tibbi nəşrlər plasenta preparatlarının qadınlarda hormonal balanssızlıq, klimakterik sindrom və hamilə qadınlarda gestoz hallarında müsbət təsir göstərdiyinə dair məqalələr yayımlayır.

Son illərdə bütün dünyada plasenta ekstraktına marağın ildən ilə artdığını müşahidə edirik. Lakin maraqla yanaşı həm də etirazlar da var. Yapon alimləri 2024-cü ildə "Clinical Science" elmi jurnalında qaraciyər serrozunun müalicəsində insan plasenta ekstraktından istifadə təcrübəsini təsvir edən bir məqalə dərc edəndə ciddi narazılığa tuş gəldilər. İnsanlar bunun etik olmadığını, orqan ticarətinə yol açdığını iddia edirdilər. Maraqlıdır, doğuşdan sonra tibbi tullantı olan plasentanın yenə tibb üçün istifadəsi həqiqətən qeyri-etik və insanlığa yaraşmayan davranışdırmı?

Plasentanın istifadəsi bəzi hallarda qadağan oluna bilər, eləcə də etik baxımdan mübahisəli hesab olunması mümkündür. Etik baxımdan doğru hesab edilməməsi insan mənşəli toxuma olmasından qaynaqlanır. Plasenta tibbdə insan bioloji materialı sayılır. Buna görə də ana tərəfindən yazılı razılıq olmadan istifadəsi etik hesab edilmir. Eləcə də kommersiya məqsədilə alınıb-satılması bir çox ölkədə etik və qanuni normalara ziddir.

Plasentanın insan orqanlarının ticarəti ilə bağlı risklərə yol aça bilməsi də istisna edilmir. Ümumdünya Sağlamlıq Təşkilatı (ÜST) bildirir ki, insan toxumalarının kosmetik məqsədlə istifadəsi, xüsusilə də “cavanlaşdırma”, “gözəllik” adı altında reklam edilməsi, insan bədəninin kommersiyalaşdırılması kimi qiymətləndirilə bilər.

Plasentanın istifadə edilməsi ilə bağlı hüquqi məhdudiyyətlərin olduğu Avropa İttifaqında yalnız tibbi və elmi məqsədlər üçün istifadəyə icazə var. İnsan plasentasının kosmetikada istifadəsi faktiki olaraq qadağandır. ABŞ da insan plasenta ekstraktlarını kosmetik tərkib kimi təsdiqləmir, bu ölkədə və bu ölkənin ixracı kimi təqdim edilən “Human placenta extract” adı ilə satılan məhsullar ya qanunsuzdur, ya da yanlış etiketlənir. Çünki bir çox hallarda heyvan plasentasını insan plasentası kimi qələmə verirlər. Yaponiyada insan plasentası preparatları yalnız tibbi məhsul kimi, məsələn, inyeksiya və ya dərman olaraq istifadə edilə bilər, kosmetikada istifadəsi ciddi nəzarət altındadır.

Əgər müalicəsi mümkün olmayan xəstəliklərin sağaldılmasında insan toxumasına ehtiyac varsa, bu toxuma insana zərər verilmədən əldə edilirsə, dünyaya uşaq gətirən qadının, dünyaya gələn körpənin sağlamlığını hədələmirsə və işbazların hiylələrinə oyun olmursa o zaman onun istifadəsi nəzərət altında mümkün ola bilər. Kosmetoloji, tibii, elmi məqsədlər üçün istifadə edilən insan toxuması insana zərər vermədən yenə insanlara fayda verirsə, bu qeyri-etik olmamalıdır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması ” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri