Icma.az
close
up
RU
“Plastik cərrahlara saxta sənədlərin verilməsinin səbəbi korrupsiyadır”

“Plastik cərrahlara saxta sənədlərin verilməsinin səbəbi korrupsiyadır”

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Son zamanlar saxta plastik cərrahlarla bağlı məsələlər ölkə gündəmini zəbt edib. Sənədlərində saxtakarlığa yol verilən bəzi “plastik cərrah”lar məsuliyyətə cəlb olundular, bəzilərinin isə lisenziyaları ləğv edildi. Məsələ ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıldı. Səhiyyə Nazirliyi plastik cərrahlara sənədlərini təqdim etmək üçün vaxt verdi. Bu müddət də bir neçə gün əvvəl bitdi. 

Yenə də, bəzi plastik cərrahların sənədlərində saxtakarlıq aşkarlandı və onların lisenziyaları ləğv edildi.

İndi hər kəsi maraqlandıran bir sual var: Ölkədə bu qədər çox sayda saxta plastik cərrahın olmasının səbəbi nədir?

Mövzu ilə bağlı “Unikal”a açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri, həkim-ekspert Sərdar Cəlaloğlu bildirib ki, son illərdə ölkəmizdə plastik cərrahiyyəyə maraq artıb:

“Bu da maddi maraqla əlaqəlidir. Məlum olduğu kimi, orada əməliyyatlar üçün çox böyük vəsaitlər sərf olunur. Ona görə də həm professional cərrahlar, həm də saxtakarlıq etmək istəyən adamlar bu sahəyə meyl edirlər.

Azərbaycan səhiyyəsində yaranan problemlərin əsas iki səbəbi var. Bunlardan biri ikili idarəçilik məsələsidir. Bir tərəfdə TƏBİB var, digər tərəfdə Səhiyyə Nazirliyi. Bu iki qurumun ayrı-ayrı fəaliyyət göstərməsinin səbəbi hələ də məlum deyil. 

Əslində, Səhiyyə Nazirliyi bütün səhiyyə məsələlərinə cavabdeh olmalıdır. Buna baxmayaraq, hazırda faktiki olaraq bir çox sahələr var ki, Səhiyyə Nazirliyi onlara nəzarət etmir, TƏBİB cavabdehdir. Həkim fəaliyyətinə nəzarət də lazımi səviyyədə deyil”, - deyə o əlavə edib.

ADP sədri hesab edir ki, Azərbaycanda tibbin inkişafı ilə bağlı yanaşma səhvdir:

“Həkimlərin kurslara göndərilməsi, həkim səhvlərinin geniş kollektivlərdə müzakirə olunması və s. kimi vacib məsələlər bizdə yoxdur. Bunlar mütləq olmalıdır ki, həkim səhvləri və cinayətləri aradan qaldırılsın. 

Digər səbəb isə, özəl sektora nəzarətin olmaması, bəzi həkimlərin daha çox pul qazanmağa meyl etməsidir. Adam bacardı-bacarmadı, ixtisası oldu-olmadı, əgər pulu varsa, daha çox gəlir gətirən sahəyə meyl edir.

Dövlət və özəl sektorun mövcud olması, onlar arasında sağlam rəqabətin olmaması, xəstəxanalardakı özbaşınalıqlar, özəl tibb müəssisələrində qiymətlərin dünya bazarından qat-qat yüksək, keyfiyyətin isə aşağı olması hazırkı vəziyyəti yaradır. 

Digər tərəfdən, biz bilirik ki, Azərbaycanda apteklər və xəstəxanaların çoxu dövlət məmurlarına məxsusdur. Onlar da inkişafa yox, pul qazanmaqda maraqlıdırlar. Məmurlar da sahib olduqları xəstəxanaların eyiblərini ört-basdır edirlər, oraya hər hansı nəzarət funksiyası olan qurumun girməsinin qarşısını alırlar. 

Mənə elə gəlir ki, səhiyyənin problemi həddən artıq ciddidir. Bu qədər saxta sənədlərin ortaya çıxmasının kökündə korrupsiya faktları dayanır. Hamı bilir ki, bir adam qanuni şəkildə ən yüksək ixtisası əldə etsə belə, lisenziya almaq üçün pul vermək lazımdır.

Xüsusilə, səhiyyə sistemində həddən artıq çox gəlirlər əldə etmək mümkün olduğuna görə, burada böyük korrupsiya var. Bir adam saxta lisenziya alır, sonra gedir milyonlarla pul qazanır. Bunu elə-belə adi həkim fəaliyyəti üçün almır. Pulla həm saxta diplom almaq mümkündür, həm də, diplomu qanuni olan, amma ixtisası olmayan adamlar da ixtisasını dəyişmək üçün pul verib istənilən ixtisasa keçə bilirlər”.

Murad İbrahimli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Fevral 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri