Icma.az
close
up
RU
Plastik cərrahlarla bağlı Nazirliyə 62 dəfə şikayə EDİLİB RƏSMİ

Plastik cərrahlarla bağlı Nazirliyə 62 dəfə şikayə EDİLİB RƏSMİ

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Səhiyyə Nazirliyi yanında yaradılan Təftiş Komissiyasına müraciət müddəti 31 yanvar tarixində sona çatıb. Göstərilən tarixədək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib.

Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Sənəd təqdim etməyən və təqdim etdiyi sənədlərdə uyğunsuz olan plastik cərrahların bundan sonrakı fəaliyyətinin necə olacağı maraq doğurur.

Modern.az sözügedən məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, mərkəz tərəfindən fəaliyyət istiqaməti və ixtisasından asılı olmayaraq, müvafiq qeydiyyat nömrəli lisenziyalı sahibkarlıq subyektlərinə qanunvericiliklə müəyyən olunan qaydada həm planlı və həm də plandankənar yoxlamaların aparılması ilə, lisenziyasız təsərrüfat obyektlərində isə müraciətlər əsasında plandankənar yoxlamaların keçirilməsi ilə tibbi fəaliyyətlərinə nəzarət edilir:

“İstər lisenziyalı, istər lisenziyasız müəssisələrdə aşkar edilən inzibati xəta inzibati tənbeh tədbirinin seçilməsi ilə tərtib edilən protokol aidiyyəti üzrə növbəti icraata göndərilir. İnzibati xəta təkrarlanarsa yenidən eyni qayda ilə inzibati xəta haqqında protokol tərtib olunur.Tibbi müdaxilə nəticəsində sağlamlığına zərər dəyən vətəndaşın vaxt itirmədən səhhətində yaranan problemin yerində qiymətləndirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizanın rəyini əldə etmək, eləcə də mövcud məsələ ilə bağlı olaraq aidiyyəti qurumlara, xüsusilə hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etmək hüququna malik olması diqqətinə çatdırılır”.

Mərkəzdən bildirilib ki, tibb təhsili olmayan şəxslərin tibbi praktiki fəaliyyəti yolverilməzdir:

“Əks halda tibb təhsili olmayan şəxslər barəsində vətəndaş və ya müvafiq dövlət orqanları tərəfindən daxil olan müraciətlər aidiyyəti üzrə araşdırılaraq qanunvericiliklə müəyyən olunan qaydada müvafiq tədbirin görülməsinə əsasdır.Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzbati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Belə ki, təkcə 2024-cü il ərzində plastik cərrahlarla bağlı 62 şikayət daxil olub və müvafiq plandankənar yoxlamalar aparılıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Fevral 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri