Icma.az
close
up
RU
Plastik əməliyyat üçün yaş XƏBƏRDARLIĞI

Plastik əməliyyat üçün yaş XƏBƏRDARLIĞI

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Plastik əməliyyatların yaşa görə planlaşdırılmasının lazım olduğu, doğru zamanda edilən əməliyyatların həm sağlamlıq, həm də estetik baxımdan ən yaxşı nəticələri verdiyi açıqlanıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə türkiyəli Estetik Cərrahiyyə Mütəxəssisi Dr. Fethiye Damla Özdemir açıqlama verib.

Rinoplastikanın ən çox tələb olunan əməliyyatlardan biri olduğunu ifadə edən Özdemir bildirib:

"Burun estetiki, yəni rinoplastika üz sümüklərinin inkişafı tamamlandıqdan sonra edilməlidir. Sümük inkişafı adətən qadınlarda 18 yaşında, kişilərdə isə 21 yaşında tamamlanır. Bu yaşdan əvvəl edilən əməliyyatlar üz inkişafı davam etdiyi üçün arzuolunmaz nəticələrə səbəb ola bilər".

Sinə böyütmə və kiçiltmə əməliyyatlarının fərqli yaş qruplarında qiymətləndirildiyini ifadə edən mütəxəssis deyib:

"FDA 22 yaşdan yuxarı xəstələr üçün silikon implantların istifadəsini tövsiyə edir. Ancaq 15-18 yaş arası gənc xəstələrə, xüsusən də böyük sinə səbəbiylə fiziki narahatlığı olanlara sinə kiçiltmə əməliyyatı edilə bilər. Böyük sinə bel, çiyin və boyun ağrılarına səbəb ola bilər və insanın həyat keyfiyyətini ciddi şəkildə azalda bilər. Belə hallarda erkən müdaxilə xəstənin sağlamlığına müsbət təsir göstərə bilər”.

Plastik cərrahiyyədə edilə biləcək ən erkən əməliyyatlardan biri olan qabıq qulaq əməliyyatı (otoplastika) əməliyyatı olduğunu deyən Özdemir bildirib:

"Qulaq inkişafı böyük ölçüdə 6 yaş civarında tamamlanır. Bu səbəbdən çıxıq qulaq əməliyyatı üçün ən yaxşı vaxt uşaqlar məktəbə başlamazdan əvvəldir. Bu yaşda edilən cərrahiyyə uşağın psixoloji və sosial inkişafına müsbət təsir göstərə bilər. Əgər erkən yaşda müdaxilə edilməzsə, sonrakı illərdə insanın özünə inamına mənfi təsir edə bilər".

Hər əməliyyat üçün doğru zamanın fərdə xas olduğunu vurğulayan Özdemir qeyd edib:

"Plastik cərrahiyyə, fərd üçün xüsusi olaraq planlaşdırılması lazım olan bir prosesdir. Plastik əməliyyatlar yaşa uyğun olaraq planlaşdırılmalıdır. Doğru zamanda edilən prosedurlar həm sağlamlıq, həm də estetik baxımdan ən yaxşı nəticəni verəcəkdir. Sadəcə dəb və ya ani istəklərə əsaslanaraq lazımi diqqətə alınmadan verilən qərarlar uzun müddətdə narazılığa səbəb ola bilər. Bu səbəbdən plastik əməliyyat düşünən hər kəs ən uyğun vaxtı müəyyən etmək üçün mütəxəssis plastik cərrahla ətraflı məsləhətləşməlidir”.

Oksana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Mart 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri