Icma.az
close
up
RU
Sürətli gəzmək yüksək təzyiqli insanlarda ürək damar xəstəlikləri riskini azaldır TƏDQİQAT

Sürətli gəzmək yüksək təzyiqli insanlarda ürək damar xəstəlikləri riskini azaldır TƏDQİQAT

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 avqust, AZƏRTAC

Araşdırmaya görə, yüksək qan təzyiqi olan insanların hər gün daha çox və sürətli gəzməsi ciddi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, müvafiq tədqiqat barədə “European Journal of Preventive Cardiology” jurnalında məlumat dərc edilib. Bildirilib ki, araşdırma zamanı 36 minə yaxın yüksək təzyiqli insanın məlumatları təhlil olunub. Nəticələrə görə, gündəlik təxmini normadan əlavə atılan hər 1000 addım (10 min addıma qədər) ümumi ürək-damar hadisələri riskini 17 faiz azaldır. 10 mindən çox atılan addımlar isə xüsusilə insult riskini azalda bilir.

Həmçinin sürətli gəzmək də çox faydalıdır. Belə ki, gündə 30 dəqiqə orta sürətlə (dəqiqədə 80 addım) yeriyənlərdə ciddi ürək-damar problemi riski 30 faiz azalır. Daha sürətli gəzmək və ya qaçmaq (dəqiqədə 130 addımdan çox) isə zərərli sayılmır.

Sidney Universitetinin professoru Emmanuel Stamatakis bildirib: “Nə qədər çox və intensiv gəzsəniz, bir o qədər ürək-damar sağlamlığınızı yaxşılaşdırırsınız”.

Tədqiqata əsasən, gündə 10 min addım atmaq vacibdir. Lakin say bundan az olsa belə, addımlamaq sağlamlıq üçün faydalıdır. Alimlər bu nəticələrin gələcəkdə yüksək qan təzyiqli insanlar üçün yeni fiziki aktivlik tövsiyələrinə səbəb ola biləcəyini deyirlər.

Qeyd edək ki, araşdırmanın əsas üstünlüyü iştirakçıların çoxluğu və onların hərəkətlərinin akselerometrlə dəqiq ölçülməsidir. Lakin alimlər nəticələrin yalnız əlaqə göstərdiyini, səbəb-nəticə əlaqəsi qurulmadığını da vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri