Icma.az
close
up
RU
Plastik tərkibli materialların dənizlərə, çaylara və okeanlara atılması ciddi ekoloji problemlər yaradır

Plastik tərkibli materialların dənizlərə, çaylara və okeanlara atılması ciddi ekoloji problemlər yaradır

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-cı ilin yanvarından Gürcüstanda birdəfəlik plastik qablar, çəngəl, qaşıq, bıçaq və köpük polistiroldan hazırlanmış stəkanların istehsalı, idxalı və istifadəsi tam qadağan ediləcək. Bu qərar həm satış, həm də ictimai iaşə obyektlərini əhatə edir. Əsas məqsəd: ətraf mühitin çirklənməsinin qarşısını almaq, Avropa İttifaqı standartlarına uyğunlaşmaq və ekoloji məsuliyyəti artırmaqdır. Bu dəyişiklik qida qablaşdırma sahəsində alternativ – çoxistifadəli və ekoloji təmiz məhsulların yayılmasına təkan verəcək. Gürcüstanın bu addımı Cənubi Qafqazda nümunəvi bir qərar kimi dəyərləndirilir. Azərbaycanda da plastik tullantılarla bağlı problemlər olduğundan bu modelin öyrənilməsi və müzakirəyə çıxarılması aktualdır. Eyni zamanda Gürcüstana məhsul ixrac edən Azərbaycan şirkətləri də yeni tələblərə uyğunlaşmalı olacaq.Azərbaycanda bu cür qadağaların tətbiqi nə qədər realdır? Bu qadağa ətraf mühitə hansı müsbət təsirləri göstərə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında ekoloq Sadiq Həsənov bildirib ki, plastik tərkibli materiallar dənizlərə, çaylara və okeanlara atılaraq problemlər yaradır.

Sadiq Həsənov

“Bu plastik qablar, birdəfəlik qablar, plastik torbalar, təkcə Azərbaycanı yox, bütün dünyanı narahat edən ən böyük problemlərdən biridir. Çünki plastik tərkibli materiallar uzun müddət təbiətdə kimyəvi çevrilməyə məruz qalmır və uzun müddət dayana bilmir, bu isə torpaq və günəşin arasında olan əlaqəni pozur, dənizlərə, çaylara və okeanlara atılaraq problemlər yaradır. Bəzən onları balıqlar yeyir. Bu qablar bir yerdə toplanaraq ümumiyyətlə, biosfer üçün təbiət üçün, dəniz üçün, çay üçün, torpaq üçün çox böyük problemlər yarada bilir. Bunları aradan qaldırmaq üçün bir çox ölkələr zaman-zaman plastik torbalardan digər torbalara keçid ediblər. Məsələn, Fransa hökuməti 2016-cı ildə qərar verdi - birdəfəlik qabları yığışdırdı və plastik torbaları pullu etdi. Eləcə də İngiltərə ondan 1-2 il əvvəl bu qərarı verdi - plastik torbaları və birdəfəlik qabların yığışdırılmasını təmin etdi. Hal-hazırda Avropanın bir sıra ölkələrində insanlar o torbalarla dükanlara, marketlərə bazarlığa gedirlər. Satışda o torbalar çox bahadır və sayları məhdudlaşdırılıb.

Qeyd edim ki, Azərbaycanda 2019-cu ildə ölkə prezidentinin sərəncamı ilə plastik qabların normallaşdırılması üçün tədbirlər planı təsdiq olunmuşdur. 2021-2025ci illər arasında onların aradan qaldırılması müəyyən olunmuşdur və 2021 - ci ilin yanvar ayında Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 15 mikrona qədər ölçüsü olan plastik torbaların istehsalı, idxalı və satışı qadağan edilmişdir. Həmin ilin iyul ayının 1-dən birdəfəlik qablar, plastik stəkanlar, qaşıqlar, birdəfəlik qablar tamamilə qadağan edilmişdir. Hazırda bizim marketlərdə həmin birdəfəlik qabları 15 mikrondan aşağı hissələrini çox az görə bilərsiniz. Yəni bunlar kifayət qədər azalıbdır. Lakin sonrakı addımlar Azərbaycanda gecikdi. Bütün bu torbaların əvəzlənməsi üçün əvvəlcədən müəyyən addımlar atılmalı idi. Əvəzləyici alternativlər və keçid yolları müəyyənləşdirilməliydi. Təəssüf ki, istehsalçılardan da ciddi təzyiqlər oldu. Ölkə üzrə təxminən 20-22 min ton plastik qab istehsal edilir və bu sahədə çoxsaylı kommersiya obyektləri fəaliyyət göstərir. Onların zərər görməməsi üçün müəyyən güzəştlər edildi. Hazırda bu qablar marketlərdə satılır, amma meyvə və digər satış yerlərində isə insanlara pulsuz verilir. Bu isə ətraf mühit üçün ciddi zərərli təsir yaradır.

Düşünürəm ki, artıq plastik qabların tam qadağan olunması və ya daha dayanıqlı, qalın materiallardan hazırlanmış alternativlərlə əvəzlənməsi zamanı çatıb. Xüsusilə su qabları üçün bu, vacibdir. Bəzi təkliflər var, lakin birdəfəlik qablaşdırmanın tamamilə qadağan olunması çətin ola bilər. Amma ən azı, bu qabların geri alınması sistemi qurulmalıdır.

Məsələn, Gürcüstanın bu sahədə atdığı addım irəliyə doğru ciddi addımdır. Azərbaycanda da artıq bu qabların alışını təmin etmək lazımdır. Kommersiya şirkətləri - Coca-Cola, Sirab kimi - bu qabların geri alınmasını təmin etsələr, qısa müddətdə bu qabların yığılması və təkrar istifadəsi üçün maraq artar. Təəssüf ki, hələlik bu istiqamətdə yaxın vaxtlarda ciddi addımlar gözlənilmir, çünki kommersiya təşkilatlarına çox böyük təzyiqlər var”,-deyə Sadiq Həsənov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri