Icma.az
close
up
RU
Plastik tullantılarla necə mübarizə apara bilərik? İZAH EDİLDİ

Plastik tullantılarla necə mübarizə apara bilərik? İZAH EDİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Plastik tullantıların azaldılması məsələsində mənim mövqeyim həm ekoloji, həm də sosial baxımdan çox qəti və prinsipialdır". Bu barədə ekoloq Cəmşid Bəxtiyar SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, əsas yanaşma belədir: Əvvəlcə qarşısını almaq!

“Yəni plastik materialların istehsalı və istifadəsi məhdudlaşdırılmayana qədər bu problem mövcud olacaq. Odur ki, problemin yaranmasına imkan verməmək, onu sonradan utilizasiya etməkdən qat-qat təsirlidir. Məsələn, hansı addımlar bu işdə effektli olar:

Birdəfəlik plastik qab, çəngəl-bıçaq, torba kimi əşyaları istifadə etməmək, onları alternativləri ilə əvəz etmək onlarla mübarizənin ən doğru yoludur.

Satış məntəqələrində plastik paketlərə alternativ kimi parça və kağız torbaları təşviq etmək də bu işdə fayda verər.

Kağız, şüşə, metal və bioplastik kimi təbiətdə tez parçalanan və ya təkrar istifadə oluna bilən materialların geniş tətbiqi;

Evdə plastik qabları çoxməqsədli saxlama qabı kimi istifadəsini təşviq etmək;

Plastiklərin təkrar emal məntəqələrinə yönləndirilməsinin təşviq və təşkili;

Şəhərlərdə plastik üçün ayrıca konteynerlər sistemini gücləndirmək.Həmçinin, maarifləndirmə və təbliğatı da gücləndirmək bu prosesə təkan verər. İnsanlara sadə addımların böyük təsirini izah etmək lazımdır. Məsələn, hər gün 1 plastik butulkadan imtina etsək, ildə 365 butulka tullantısı azalır. Birdəfəlik plastik məhsulların istehsalına və idxalına dövlət səviyyəsində qadağa və məhdudiyyətlər qoyulmalıdır. Alternativ materiallara vergi güzəştləri və dövlət dəstəyi tətbiq edilməlidir".

Cəmşid Bəxtiyar deyir: “Bu sadaladıqlarım kompleks şəkildə, bir kompaniyanın tərkib hissələri kimi tətbiq edilsə, plastik tullantılar problemini həll etmək olar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Avqust 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri