Icma.az
close
up
RU
Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Poeziya buketi, nəğmə çələngi

İsa Rəvan

ULU ÖNDƏR DÜHASI

Dahilər yüz illərlə yer üzündə doğulmur,

Nə də ki, hər millətə dahilər nəsib olmur.

Bu dünyada dahisiz nə bir dövlət qurulmur,

Xalqçün yaşanan ömür heç zaman unudulmur.

Kim öz ömrün xalqına bəxş eyləyər bu qədər?

Kim sənintək xalq üçün sinəsin sipər edər!

Kim öz canından da çox vətənə verər dəyər,

Nə yaxşı ki, var oldun, Əlirza oğlu Heydər.

Əgər sən olmasaydın, nələr olardı, nələr,

Zülmətə dönəcəkdi açılan hər bir səhər.

Ruhun daim şad olsun qurub-yaradan Öndər.

***

Qayıdışla qaldırdın xalqının rifahını,

Sən sevincə çevirdin bu millətin ahını.

Hər kəs nura qovuşdu, açdı xoş sabahını,

Dönüb gülüstan oldu elimin yurd-yuvası,

Əbədi yaşayacaq Ulu Öndər dühası.

***

Qeyd olunan mötəbər yüz illiyin mübarək,

Cəsarətin, hünərin, həm mərdliyin mübarək.

Bu xalqa bəxş olunan öndərliyin mübarək!

Adın bütün dünyada həm dahidir, uludur,

İşıqlı sabahlara gedən İlham yoludur.

Yurdum zəfərlər içrə müjdələrlə doludur,

Dünyanın hər yerində vardır gözəl sədası,

Əbədi yaşayacaq Ulu Öndər dühası.

***

Siyasət aləmində səcdəyə layiq oldun,

Sən elə bu dünyaya fitrən dahi doğuldun.

Xalqın bütövlüyünü yad əllərdən qorudun.

Azərbaycan bir oldu, birləşdi el-obası,

Əbədi yaşayacaq Ulu Öndər dühası.

***

Böyük bir inam ilə milli ruhu oyatdın,

Təməli heç sarsılmaz möhkəm dövlət yaratdın.

Üçrəngli al bayrağı zirvələrə ucaltdın,

Sona yetdi millətin parçalanmaq xətası,

Əbədi yaşayacaq Ulu Öndər dühası.

***

Zirvədə şəfəq saçan şöləsidir Öndərin,

Çəkdiyi zəhmətinin pöhrəsidir Öndərin.

Gülən gül üzlərimiz çöhrəsidir Öndərin,

Millət özü seçibdir onu xalqın atası,

Əbədi yaşayacaq Ulu Öndər dühası.

***

Şah İsmayıl Xətai, Babək və Nadir şahın,

Böyük dövlət yolunda doğrultdun amalların.

Yolun davam eylədin sən Atatürk Kamalın,

Dedin ki, bir olmalı bütün Türkün dünyası,

Əbədi yaşayacaq Ulu Öndər dühası.

***

Bir yumruq ətrafında ordu oldu müzəffər,

Qırx dörd günlük savaşda qazandıq böyük zəfər.

Azad oldu Qarabağ, Ağdam, Laçın, Kəlbəcər,

Həm Füzuli, Cəbrayıl, qədim Şuşa qalası,

Əbədi yaşayacaq Ulu Öndər dühası.

***

Gülüstanla ayrılıb bu xalq yaşadı hicran,

İllərdir ayrı qalıb o tay, bu tay iki can.

Tezliklə bir olacaq bütöv bir Azərbaycan!

Sağalacaq vətənin Təbriz adlı yarası,

Əbədi yaşayacaq Ulu Öndər dühası.

***

Qurduğun bu dövlətin tanınınbdır hər yerdə,

Zəfərləri dolaşır könüllərdə, dillərdə.

Yetirdin İlham kimi qüdrətli bir sərkərdə,

Layiqli davamçın var, qoy ruhun da şad olsun,

Sənin siyasətindən yoğrulubdur mayası,

Əbədi yaşayacaq Ulu Öndər dühası.

İsa Rəvan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:348
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 19 Aprel 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see688

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see398

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see243

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see221

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see198

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see195

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see193

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see192

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see189

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see186

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see183

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see177

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see176

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see175

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see174

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see160

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri