Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Poeziyanın başına gələn xoşbəxt hadisə

Poeziyanın başına gələn xoşbəxt hadisə

Icma.az bildirir, 525.az portalına istinadən.

Bahəddin HƏZİ

Çarlz Bukovski deyirdi: “İnsanlar adətən məktublarda reallıqdakından daha yaxşı görünürlər”. Bukovskinin vaxtında indikindən fərqli olaraq hələ insanlar bir-birinə məktub yazırdı. O məktublarda hamı yaxşı idi. Hər halda reallıqda olduğundan daha yaxşı.

Məmləkətimizin də öz Bukovskisi var - yazıçı dostum, usta Seyran Səxavət. Bu insan kimin, nəyin haqqında olursa-olsun, təkcə həqiqəti deyəcək. Həm də olduğu kimi. Bəzək-düzəksiz. O da iki ola qadın. Həm də Söz yaradıcılığının qadın cinsi.

“Bu məsələlər üzrə ekspert” Seyran Səxavət bir gün mənə dedi: “Bir gözəl şair var, Nigar Həsənzadə. Sən onu tanımalısan”. Azca pauza verib əlavə etmişdi: “Zalım qızı yaman yaxşı yazır”.

Mən də bu şairin bir neçə şeirini tapıb oxudum, bəyəndim. Bu təəssüratlarla bir bürkülü-duyğulu may axşamında İçərişəhərə - Şirvanşahlar saray kompleksindəki poeziya ziyafətinə getdik. Nigar Həsənzadənin yaradıcılıq gecəsinə. Sanki nağıllardakı ortama düşmüşdüm.

Uzun, zərif ziyafət geyimində qarşımıza çıxan Nigar Həsənzadənin üzündəki həyəcanlı təbəssüm onun ruh ovlayan qadın şarmına yeni cizgilər qatırdı. Sonra Nigar öz şeirlərini oxuyacaqdı; inanılmaz intonasiya zövqü və yüksək yaradıcılıq şövqü ilə. Onun hər vurğusu öz ritmik ladında, hər misrası öz poetik dadında idi. Nigarın hər kəlməsi fərdi ahəngini tapırdı; şeirlər şair xanımın səsinin rənglərinə “boyandıqca” göz önündə al-əlvan bir nəzm xalısı canlanırdı.

Mən xeyli müddət bundan əvvəl “Uğur mələyi, incə sənət əsəri” adlı essemdə belə bir cümlə qurmuşdum: “Allah özü qəsdən qadını belə gözəl yaradıb ki, onu sevməkdən başqa çarə qalmasın”.

Mən bu cümləni quranda heç Nigarı tanımırdım, onun poetik Planetinin sakini də deyildim. Ancaq o şeir dolu may axşamında bu cümləyə öz beynimdə bir balaca “əl gəzdirdim”; bircə kəlmə əlavə etdim və ortaya yeni - tamamlanmış anlam çıxdı: “Allah özü qəsdən qadını belə gözəl şair yaradıb ki, onu sevməkdən başqa çarə qalmasın”.

Mənə elə gəlir, Allah insanları cürbəcür... janrlarda yaradıb. Kafka, tutaq ki, ağır dram janrını təmsil edir. Heyne poetik fəlsəfəni, Prust bədii sözün zəhmini... Nigarı yaradanda isə, deyəsən, Tanrının “şairliyi tutubmuş”.

Nigarın poeziyasında bir sükut “kultu” da var: bu, sevgi lisanıdır. Susmağın bir halda bəraəti olur, o da sevəndə. Çünki ən dürüst sevgi etirafları, ən inandırıcı eşq mesajları aşiq baxışların “susqun harayı” olsa gərək. Axı Sevgi elə bir-birini ruhu ilə dinləyən iki sükutun dialoqudur. Bu eşq sükutunun ən həzin janrı isə poeziyanın özüdür. Nigar Həsənzadənin öz yaradıcı şəxsiyyət profili də, öz fərdi qadın fakturası da o axşam, yazıçı Afaq Məsudun dediyi kimi, təpədən dırnağa qədər poetikadır. Ramiz Rövşəni isə şairin teatral tempramenti daha çox özünə çəkmişdi: “Əsas tempramentdir, qalan hər şey ondan sonra gəlir”.

Bu xanımın poeziyasında ac canavar dişinin yırtıcı sərtliyi də var, hürkmüş qurban ürəyinin son döyüntüləri də. Bu poeziyada “bir udum tənhalıq” duyğusu da var, ayrılığın keşiyini çəkərkən “boğulan dəniz” də. “Yarımsəslə danışan aktyor ümidi” də var, sübh çağı duz səpilmiş təzə yaralar da.

Seyran Səxavət də bu füsunkar bax, bu xanımın ecazkar poetik dünyasındakı “başqa” hava ilə “ciyərdolusu” nəfəs almışdı.

Bilirsiniz, yazıçının metaforu mənim kiçik Vətənim Qarabulaqdakı Ərgünəş silsiləsini yadıma saldı. Ağciyər həkimləri öz ümidsiz xəstələrinə o dağların şəfalı havasını dərman yazırdı, bu hava “darıxan” nəfəsləri həyata qaytarırdı.

Nigarın o axşam öz zərif səsi ilə, səsinin min bir rəngi ilə, o səliqə-sahmanlı intonasiya ilə oxuduğu şeirləri də sanki insana ikinci, bəlkə də üçüncü... beşinci... on beşinci... nəfəs verən Ərgünəş mehi idi. Bu, ağrı və təlaş qoxularının bir-birinə qarışdığı reanimasiya otağının hər mənada gözyaşardıcı, burun göynədən ağır havası deyildi. Bu, ruh sərinlədən, dərdli gözləri belə güldürə bilən ürəkdolusu sevginin incə əsintiləri idi.

Bilirəm, bu cür “estrada poeziyası” bəzi insanların tənqid hədəfinə də çevrilir, necə deyərlər, qınaq nişangahına gəlir. Elə Ramiz Rövşən kimi azman poetik qocamanı da bu “günah” üstündə çox çəkişdirirlər. Şair öz səsi, öz intonasiyası ilə öz şeirini ən “uzaq” ürəklərə belə daşıya bilir deyə, bundan rahatsız olan, hətta sanki “incinmiş” kimi üsyankar ruhlar da var. Onlara görə Ramiz Rövşən “elə də” böyük şair deyil, sadəcə, “şeirini gözəl deyir”. Başqa sözlə, bədii sözün uğurlu “logistikası” şairin başına “bəla” olub.

Amma yox! Bax, “estrada poeziyasının” o əqidəli skeptikləri həmin Şirvanşahlar sarayının may axşamına - Nigar Həsənzadənin poeziya ziyafətinə gəlsəydilər, bəlkə də öz fikirlərini dəyişərdilər. Axı bir dəlilər, bir də ölülər öz fikirlərini dəyişmir. O gün o şeir şöləninə onlar da gəlmiş olsaydılar, “Bədii Söz Məhkəməsində” Ramiz Rövşənə də “bəraət hökmü” çıxardı bəlkə. Əlbəttə, Nigarın ədəbi şarmının özünəxas estetikası sayəsində.

Bu İlahi poeziyadan xoş nəsibini alan insan olaraq düşündüm. Ləbələb günah dolu bu Yer kürəsinin üstündə, sonu bilinməyən hüdudsuz Göy qübbəsinin altında özümüzü bir az da olsa, insan kimi hiss edək deyə Tanrı poeziyanı yaratdı. Hərçənd başlanğıc İslam şeirə, şairə az qala günah donu da biçmişdi. Bu, ayrı bir söhbətdir.

Amma poeziyanın bizdə yeri ayrıdır. Əgər biz millət kimi tariximizi, taleyimizi incələsək, janrlara bölsək, incə şeir də var, ağır nəsr də. Amma dram, faciə də çox olub. Ona görə bizim klassiklərimizin çoxu şairlərdir. Şeir həmişə xalqın mənəviyyatının önəmli bir elementidir, parçasıdır.

Bizə şair xalq deyirlər. Biz şeirin xalqıyıq. Tarix boyu yaşadıqlarımızın çoxu isə dramdır, faciədir. Bu qədər dərdi də, iftixarı da ancaq şeirlə demək olar.

Sovet dövründə bizə imkan vermişdilər ki, ancaq Vətən və sevgi şeiri yazaq. Vətən və sevgi şeirlərinə icazə vardı, Vətən sevgisinə yox! Biz olsa-olsa, Səməd Vurğunun “Azərbaycan” şeirindəki Vətəni sevə bilərdik, ondan qıraqda isə bizə, sadəcə, əkinə yararlı torpaq sahələri, neftlə dolu mədən əraziləri, bir də sənaye zonalarına bölünmüş fəhlə şəhərləri buraxmışdılar. Biz də oturub pambığa, üzümə, gülə, bülbülə, neftə, qaza şeir yazırdıq. Amma indi şeirin sərhədləri genişlənib. Şeir hüdudlarını aşıb. Artıq dünya Nigar Həsənzadənin “qələminin ucundadır”. Bu istedadlı-ismətli azərbaycanlı xanımın kövrək, ancaq yüyrək ifasında poeziyamız Şimali Amerikada ABŞ və Kanadadan Qərbi Avropada İtaliyaya və Almaniyaya qədər, Şərqi Avropada Macarıstandan, Polşadan Yaxın Şərqdə İsrailə, Şimali Afrikada Misirə qədər, Orta Şərqdə Türkiyədən Avrasiyada Rusiyaya qədər, Britaniyadan uzaq Avstraliyaya qədər çox geniş coğrafiyaya yayılıb.

Xəritəyə bir azca diqqətlə baxsaq, görərik, Nigar Həsənzadənin simasında və ifasında Azərbaycan poeziyası ekvator boyunca dolanıb, dünyanı dolaşıb gəlib, bizimlə Şirvanşahlarda görüşüb. Bu qədər çox sevən ürəkləri Bakının ürəyinə - İçərişəhərə ancaq ürəkdən gələn sevginin gücünə toplamaq olardı, başqa cür mümkün deyildi.

Nigarın şəxsində milli şeirimizin öz doğma coğrafiyamızı aşması ilk növbədə istiqlal təfəkkürümüzün təntənəsidir.

Xatırlayırsınızsa, biz Milli Azadlıq meydanlarına şeirlə çıxmışdıq, sonu istiqlal bəyannaməsi ilə bitdi. Bədii sözə sığınıb getdiyimiz mübarizə axırda hüquqi aktla yekunlaşdı.

Baxın, dövlətlər də, ailələr də şeirlə başlayır. Həyatımız da şeirlə başlayır, şeirlə bitir. Hər birimiz bir kişinin və bir qadının bir-birinin ürəyinə pıçıldadığı sevgi sözcüklərinin meyvəsiyik. Bu pıçıltıların hamısı poeziya janrındadır. Ömrün qalan bütün zamanları tam anlamda dramatik üslubda “səhnələşdirilib”. Orda komediya bir yana, tragikomediyanın özünə də çox yer qalmayıb.

Bəli, əslində Sevgi də poeziyadır, sevinc də, hüzn də. Şeir cavan xanım anaların dilində körpə laylası, xanım-xatın nənələrin ağzında süfrə duasıdır. Şeir, dediyim kimi, həm sevgi mesajıdır - eşq etirafıdır, həm də şəhid məzarı üstündə dul ağısıdır. Şeir bir yandan cəng havasıdır, əsgər marşıdır, bir yandan da Zəfər tərənnümüdür. Şeir həm dərdli ruhdan qopan yanıqlı bayatıdır, həm də qəlbi qürurlandıran dövlət himnidir.

Bilirsiniz, həyatını diri yaşayanların ölümünə inanmaq olmur. Diri yaşamaq isə ruhun həmişə oyaq olmağı, bədəndə cövlan eləməyidir. Ruhu qidalandıran, təkcə qidalandıran yox, həm də qanadlandıran nəsnələr arasında isə poeziya başda gəlir. Bu mənada Nigar Həsənzadə özü poeziyanın başına gələn ən xoşbəxt hadisədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyun 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see177

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri