Polad Bülbüloğlu aeroporta tapança ilə gedibmiş
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
"Qara Qarayev Amerikadan gələndə Polad Bülbüloğlu ilə tapança alıb onu aeroportda qarşılamağa getmişdik".
"Unikal" xəbər verir ki, bu sözləri APA-ya müsahibəsi zamanı Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzim Kərimoğlu deyib.
"Polad üçüncü kursda oxuyanda mən birinci kursda oxuyurdum. Qara müəllim Amerikaya getmişdi. Bilmirəm, başımız işləmirdi, yoxsa çox cavan idik, hər nədirsə, getdik "Dinamo" mağazasına, oradan hərəyə bir dənə start tapançası aldıq.
Dedik, hamımıza alaq, gedək müəllimimizi (əlini yuxarı qaldırıb tapança edir, gülümsəyərək) part-part. Amerikadan gəlib kişi. Aeroportda adam elə şey edər?
Aləm dəydi bir-birinə. Milis gəldi. Yaxşı ki, Qara müəllim araya girdi. Amma sonra bizi danlamışdı ki, belə şey olar? Nə isə, onu belə qarşıladıq. Aeroporta bir yerdə getmişdik, elə Poladın maşınında... Mən, Lyonya Vaynşteyn".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 09 Oktyabr 2026 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















