Icma.az
close
up
RU
Menu

Neft Daşları”nda kran dənizə düşdü maşinist öldü

Zəfər ruhlu Novruz bayramı FOTOLAR

Anardan Məleykə Abbaszadənin yazıçıları imtahana çağırışına REAKSİYA

ABŞ və İsrail nəşrləri Azərbaycandan yazır İbrahim sazişləri nə inteqrasiya gözlənilir?

“Vinisiusun “Qızıl top”u qazanacağını düşünürdüm” Mbappe

Müəllimlərin maaşı artırılacaq

Qarın ağrısı şikayəti ilə xəstəxanaya getdi, orqanlarının tərs yerləşdiyini öyrəndi FOTO

Artıq qorxduğumuz heç kim yoxdur, Barselona ÇL in favoritidir Lamin Yamal

Tanınmış ilahiyyatçı stereotipləri DARMADAĞIN ETDİ: “Məgər Allah ərəbdir, yaxud ərəbcədən qeyri dili bilmir? KONKRET

Bayram gününün havası yağış, şimşək, güclü külək

Azərbaycanla Ermənistan arasında təhlükəsizlik zolağı olmalıdır MÜNASİBƏT BİLDİRİLDİ

Xalq artisti Tariyel Qasımov: Şahmar Ələkbərovla mən Həsən Əblucu tutub erməni bərbərə başını keçəl qırxdırdıq MÜSAHİBƏ

Bu göyərti əsəbləri sakitləşdirir Hər gün yeyin

Araz Musayevin Adil Əliyevlə bağlı səsləndiyi fikirlər boş söz yığınağıdır Federasiya prezidenti

Qəbizlik problemi olanlar nə etməlidirlər?

Leyla Əliyeva Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanış olub FOTO

Tələbələri təngə gətirən direktor döyüldü Nələr edib?

Vitkoff: Ukraynada atəşkəs martın 23 də Ciddədə müzakirə olunacaq

İngilis alimləri duş qəbul edərkən necə arıqlaya biləcəyinizi açıqlayıblar

Azərbaycandakı texnologiya parklarında süni intellekt texnologiyaları istehsal olunacaq

Polad Bülbüloğlu deyirdi ki, bu musiqi heç kimə lazım deyil MÜSAHİBƏ

Polad Bülbüloğlu deyirdi ki, bu musiqi heç kimə lazım deyil MÜSAHİBƏ

Icma.az bildirir, Modern.az portalına istinadən.

1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist kimi fəaliyyət göstərən Cavan Zeynallı 1976-cı ildən Azərbaycan Dövlət Filarmoniyasında solist-vokalçı kimi çıxış edib. 1979-2001-ci illərdə isə "Qaya" Dövlət Ansamblının üzvü olub. Bu illər ərzində ansamblla birlikdə bir çox xarici ölkələrdə çıxış edərək Azərbaycan estrada musiqisini uğurla təmsil edib.

Cavan Zeynallı dinləyicilərin qəlbində iz buraxan sənətkarlardan olub. Özünəməxsus səs tembri, ifa tərzi və xarizması ilə geniş pərəstişkar kütləsi qazanıb.

Bu il 80 yaşını qeyd edən cazmen Modern.az redaksiyasının qonağı olub.

Onunla müsahibəni təqdim edirik:

- Cavan müəllim, musiqiyə ilk tanışlığınız necə olub?

- 18 nömrəli məktəbdə oxuyurdum, orada direktor mənim atam idi. Hələ 8 yaşım vardı, məktəbdə eşitdim ki, kimsə skripka ifa edir. Atamdan soruşdum ki, skripkanı hansı müəllim ifa edir, o da dedi ki, həmin səslər aşağıda musiqi məktəbindən gəlir. 

Evdə balaca radiomuz var idi, anam Şəfiqə xanım gözəl musiqilərə qulaq asır, gözünü bağlayır, melodiyadan həzz alırdı. Özündən soruşurdum, deyirdi ki, musiqi mənə ləzzət edəndə gözüm bağlanır. Mənə də musiqi sevgisi anamdan keçib. Həmin məktəbə gedəndə baş müəllim skripkada ifa edirdi, mənə skripkanı verib dedi ki, ifa et baxaq. Amma arıq oğlan idim, skripkada ifa etmək mənə çətin gəldi. Musiqi məktəbinin direktoru gəldi dedi ki, niyə ağlayırsan, gəl səni pianinoya yazdıraq. Sonda gördüm ki, pianino həqiqətən də mənlikdir. O da Allahın işidir. Üçüncü sinifdə mən caz ifa etməyə başladım. Bir də gördüm ki, sinifdə 15 nəfər qalxıb rəqs edir. Birdən direktor gəldi otağa, dedi ki, nə xuliqanlıq edirsiniz, bu nədir ifa edirsiniz. Məndə dedim ki, kinodan eşitdiyim hissəni ifa edirəm. Müəllimim qonşumuz idi, gedib onun yanında pianinoda ifa edirdim, çox xoşuna gəlirdi. Mənə deyirdi ki, siz əsl cazmensiniz, uşaqlıqdan bu musiqini ifa edə bilirsiniz. Onlar da caz ifa edəndə ailəlikcə rəqs edirdilər. Bir ildən sonra Asəf Zeynallı adını musiqi kollecinə getdim. 3 mərtəbəli binada ancaq əsl musiqiçilər dərs alırdı. Orada Müslüm Maqomayevi də gördüm, sonra biz dostlaşdıq. Mən istəyirdim pianino ifa etmək Azər Canbaxışoğlu o vaxt texnikomun direktoru idi, mənə dedi ki, lazım deyil painino nədir get kompozitor ol, dedim baş üstə. Orada da başladım oxumağa. İlk dəfə Müslüm Maqomayevin ifasını da orada eşitdim. 


- Müslüm Maqomayevlə dostluq da həmin texnikumdan başladı?

- Texnikumda oxuyanda eşidirdim ki, üçüncü mərtəbədə kimsə oxuyur. Mən hələ belə səs eşitməmişdim. Getdim üçüncü mərtbəyə, açdım qapını. Royalda ifa edib oxuyurdu, mənə baxdı dedi ki, sizin xoşunuza gəldi? Müslüm Maqomayev idi həmin adam. Bir az keçəndən sonra soruşdu ki, siz piyanistsiniz? Dedim ki, evdə özüm üçün ifa edirəm. Başladım Müslümü müşahidə etməyə. Birdən ortada caz akkordu gətirdim. Müslüm çox bəyənmişdi onu. Hətta o qədər ki, məni evlərinə toyuq bulyonu yeməyə dəvət etdi. Gəldik evinə onun pianinosu ilə həmin akkordu yenə ifa etdim. Özünün də, həyat yoldaşının da çox xoşlarına gəlirdi. 

- Deyirlər bakılılar cazı daha yaxşı duyur, siz bu fikrə qatılırsınız?

- Bəli, bəli. Çünki caz o vaxtlar ölkəmizdə yeni-yeni tanınmağa başlayırdı. Maraqlı hekayə də var bununla bağlı. Müslüm Maqomayevin evində caz ifa edəndə həyat yoldaşı da o akkordu duyub mənə deyirdi ki, akkordu yenidən göstərin. Birdən divara kimsə 3 dəfə vurdu. Məndə “Strangers in the night” ifa edirdim. Elə bildim ki, qonşu xəstədir, pianinonun səsi onu narahat edib. Müslüm ikinci blokda yaşayırdı, yumruq səsi birinci blokdan gəlirdi. 3 dəfə də Müslüm divara vurdu. Sən demə divara vuran Polan Bülbüloğlu idi. Polad bir təhər baxdı mənə, qəribə səslə dedi ki, cazı siz ifa edirsiniz? Bu caz heç kimə lazım deyil, hamıya Azərbaycan musiqisi lazımdır, o nədir elə? Müslüm mənə əli ilə işarə etdi ki, fikir vermə, o bilmir cazı necə ifa etmək lazımdır. Məndə sonra başladım “Summertime” ifa etməyə. Müslüm çox sevirdi, istəyirdi caz oxusun, amma alınmamışdı. 

- O vaxtlar hər yerdə caz ifa olunmur, öyrədilmirdi. Bəs siz cazı necə, haradan öyrəndiniz?

- O vaxtlar caz öz işini yeni-yeni görməyə başlayırdı. Kinoteatrlarda amerikalı filmləri göstərirdilər. Maqnitafon-filan yox idi. Musiqini ancaq kinolarda eşidirdim, istəyirdim musiqi yadımda qalsın evə gedib ifa edim, amma insanlar yol boyu məni danışdırırdı. Ona görə evə gəlib bir not da ifa edə bilmirdim. Qonşu mənə dedi ki, sən kinoya gedəndə məndə yenidən getdim. Kinodan çıxandan sonra qulağına pambıq sal ki, heç kim səninlə danışmasın, səslər musiqini yadından çıxartmasın. Məndə elə etdim. Kinodan çıxandan sonra qulaqlarıma pambıq tıxadım, evə gələndə pambıqları çıxarıb başladım həmin mahnıları ifa etməyə. Elə-elə caz ifa edə bildim. Sovetski küçəsində qonşumuzun maqnitafonu var idi xaricdən gətirmişdi, həmin maqnitafonu 1 həftəlik mənə verdi. Başladım orada caz kasetləri tapıb qulaq asmağa. Dinləyəndə də qorxurdum ki, xarab olar, sonra haradan tapıb qaytararam? Amma 1 həftəyə çox musiqi dinlədim, sonra başladım caz musiqiləri özüm ifa etməyə. 

Siz pianino ilə yanaşı, həm də mahnı ifa edirsiniz. Vokal musiqiyə necə gəldiniz?

- Texnikumu bitirəndən sonra konservatoriyaya getdim. Kompozisiyaya getmək istəyirdim. Cövdət Hacıyev mənə dedi ki, Cavanşir sən ora getmə, orada çox adam var. Sən get mahnı oxu. O vaxt bizim üçün əsas o idi ki, konservatoriyanı bitirək. Çünki orada Qara Qarayev, Fikrət Əmirovu orada görmüşdük. Məndə başladım oxumağa. Yelena Konstantinova mənə deyirdi oxuyun, məndə deyirdim səsim yoxdur, Cövdət bəy məni bura göndərib. Başladı məni öyrətməyə və səsim açıldı. 2-ci kursda başladım opera oxumağa. Mənə deyirdilər siz opera solisti olacaqsınız, özü də yüksək səviyyəli. Amma mən pianoda caz ifa edirdim həmin vaxtlar. Sonra başladım xorda oxumağa. Filarmoniyada ansambl üzvlərinin biri xəstələnmişdi. 3 aylıq qastrollara gedəcəkdilər. İlk dəfə onlar mənə təklif etdilər ki, tək mahnılar oxuyum. Allahın işidir də. 3 ay mən qastrollarda ifa etdim, özü də tək. 


- 20 il Qaya qrupunda çalışdınız. Qrupa sonradan qoşulmuşdunuz, təklif necə gəldi?

- Mənə təklif gəlmədi, onlar özləri məni tutub qrupa apardılar. Filarmoniyada işləyirdim onda Polad Bülbüloğlu direktor idi. Məni görəndə deyirdi royalda ifa etmə ha, oxuyursan belə mahnı oxu. Deyirdim niyə ifa etməyim (gülür). Olurdu belə şeylər. Qaya qrupunda 4 nəfər oxuyurdu. 1979-cu ildə yəhudi əsilli Lev Yelisavetski İsrailə getdi, qrupda qaldı 3 nəfər. Qaya elə ansambl idi ki, orada bir vokalistin çıxış etməməyi problem yaradırdı, orada hər adamın öz notu var idi. Birdən Heydər Əliyev dedi ki, çoxdandır Qaya qrupunu eşitmirəm gəlsinlər biri gün Respublika sarayına mahnı oxusunlar. Həmin vaxt dedilər ki, Azərbaycanda bu qrupda oxuya biləcək bir adam var, o da filarmoniyada işləyir. Adım da uzun idi, hərə bir ad deyirdi – Cavanşir, Canik, Cavan, Conik, Zeynallı deyən var idi. Mənə Mədəniyyət Nazirliyindən zəng gəldi. Siz gəlin Qayaya bundan sonra burada oxuyun. Məndə getdim.

- Siz həm də Vaqif Mustafazadə ilə yaxın dost olmusunuz. Onunla bağlı maraqlı xatirələrinizi bizimlə bölüşə bilərsinizmi?

- Vaqif Mustafazadə mənə çox yaxın adam idi. O pianinoda elə ifalar edirdi ki, mən yerimdə qala bilmirdim. Divanda otururdum o ifa edəndə hərəkətsiz qala bilmirdim, musiqi məni tuturdu. Tanışlığımızdan 3 ay keçmişdi Vaqif mənə dedi ki, eşitmişəm sən də qəşəng piano ifa edirsən. Etiraz elədim, dedim sizin yanınızda piano çalmaq düz deyil. Özü də Vaqif muğamı pianoda elə ifa edirdi ki... Amma 3 aydan sonra dedi Canik get otağa məndə gəlirəm. Onda qorxdum, hərdən çox əsəbiləşirdi. Dedim indi məni döyəcək. Gördüm ki, keçdiyim otaqda kontrabas var. Vaqif başladı kontrabasda ifa etməyə. Özü də əsl professional kimi. Mənə də göstərir pianonun yerin ki, otur ifa et. İlk dəfə onda birlikdə musiqi ifa etməyə başladıq. Elə ekstaza düşdüm ki, məni saxlamaq mümkün deyildi. Vaqif deyirdi Cavan sən məndən sonra ən yaxşı caz ifaçısısan. Məndə razılaşmırdım deyirdim sən əvəzsizsən. Çünki bütün Amerika sevirdi Vaqifi, radiolarda gedirdi Vaqifin musiqilərin. 

- Həmin dövrdə bu, olduqca çətin məsələ idi, Vaqif SSR dövründə dünyaya çıxmağı necə bacardı?

- Biz birlikdə etdik onu. O vaxt bir neçə amerikalı Respublika sarayında məşq edirdi. 5 disk verdi onlara, tapşırdı ki, bu diskləri məşhur cazmenlərə versinlər. Zalda da heç kim yox idi, Vaqiflə mən idim bir də səhnədə həmin amerkalılar. Birdən iki nəfər gəldi ki, amerikalılara disklər vermək olmaz. Vaqif etiraz elədi, onlar da ciddiləşib dedi ki, disklərinizi aparın evə. Vaqif diskləri evə apardı, düz 1 həftədən sonra amerikalılar qastrola Tiflisə gəlirdilər. Vaqif də bunu bilib qatarla getdi Gürcüstana, diskləri amerikalılara orada verə bildi. Orada 10 disk amerikalılara verdi və üzərlərinə yazdı ki, hansı disk kimə getməlidir. Gürcülər də heç nə demədilər, qarşısın almağa çalışmadılar. Bunu sonradan Vaqif mənə danışdı.

- Yaradıcılığınızın zirvəsi hansı musiqi hesab edirsiniz ? 

- O qədərdir ki. Bəlkə də “Çıx qatar yoluna” olar, unikal mahnıdır. Bütün Azərbaycan sevir o mahnını. 

- Vida konserti etməmisiniz. Vitali Valkov, David Qoyfman, Tofiq Şabanovla birlikdə konsert təşkil etməyi düşünürsünüzmü?

- Məni çağırmasalar heç vaxt getmərəm. Özümü çox sevən adamam mən. Gedib kimdənsə mənə konsert təşkil et deyib nəsə xahiş edə bilmərəm. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neft Daşları”nda kran dənizə düşdü maşinist öldü

18 Mart 2025 21:16see696

Zəfər ruhlu Novruz bayramı FOTOLAR

19 Mart 2025 11:35see115

Anardan Məleykə Abbaszadənin yazıçıları imtahana çağırışına REAKSİYA

19 Mart 2025 13:40see112

ABŞ və İsrail nəşrləri Azərbaycandan yazır İbrahim sazişləri nə inteqrasiya gözlənilir?

19 Mart 2025 11:17see110

“Vinisiusun “Qızıl top”u qazanacağını düşünürdüm” Mbappe

19 Mart 2025 09:25see110

Müəllimlərin maaşı artırılacaq

19 Mart 2025 15:52see110

Qarın ağrısı şikayəti ilə xəstəxanaya getdi, orqanlarının tərs yerləşdiyini öyrəndi FOTO

19 Mart 2025 12:23see109

Artıq qorxduğumuz heç kim yoxdur, Barselona ÇL in favoritidir Lamin Yamal

18 Mart 2025 22:00see109

Tanınmış ilahiyyatçı stereotipləri DARMADAĞIN ETDİ: “Məgər Allah ərəbdir, yaxud ərəbcədən qeyri dili bilmir? KONKRET

19 Mart 2025 13:23see109

Bayram gününün havası yağış, şimşək, güclü külək

19 Mart 2025 12:28see109

Azərbaycanla Ermənistan arasında təhlükəsizlik zolağı olmalıdır MÜNASİBƏT BİLDİRİLDİ

19 Mart 2025 16:13see108

Xalq artisti Tariyel Qasımov: Şahmar Ələkbərovla mən Həsən Əblucu tutub erməni bərbərə başını keçəl qırxdırdıq MÜSAHİBƏ

19 Mart 2025 09:17see108

Bu göyərti əsəbləri sakitləşdirir Hər gün yeyin

19 Mart 2025 02:02see108

Araz Musayevin Adil Əliyevlə bağlı səsləndiyi fikirlər boş söz yığınağıdır Federasiya prezidenti

19 Mart 2025 17:43see107

Qəbizlik problemi olanlar nə etməlidirlər?

19 Mart 2025 11:36see107

Leyla Əliyeva Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanış olub FOTO

18 Mart 2025 20:54see107

Tələbələri təngə gətirən direktor döyüldü Nələr edib?

19 Mart 2025 11:30see107

Vitkoff: Ukraynada atəşkəs martın 23 də Ciddədə müzakirə olunacaq

19 Mart 2025 06:09see106

İngilis alimləri duş qəbul edərkən necə arıqlaya biləcəyinizi açıqlayıblar

18 Mart 2025 22:58see106

Azərbaycandakı texnologiya parklarında süni intellekt texnologiyaları istehsal olunacaq

19 Mart 2025 14:37see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri