Icma.az
close
up
RU
“Polad Bülbüloğlu Ramiz Mehdiyevin dəstəyi ilə…” Rəşid Behbudovun kürəkəni susmur

“Polad Bülbüloğlu Ramiz Mehdiyevin dəstəyi ilə…” Rəşid Behbudovun kürəkəni susmur

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmovun mətbuata açıqlamasında “kino heç vaxt Polad Bülbüloğlunun tabeçiliyində olmayıb” söyləməsi mövzunu gündəmə gətirən Rəşid Behbudov Fondunun sədi Kamil Şahverdinin etirazı ilə qarşılanıb.
Modern.az-ın məlumatına görə, K.Şahverdi kinonun vaxtilə Polad Bülbüloğlunun tabeçiliyində olmasına dair faktlar misal gətirib:
““Azərkinovideo” İstehsalat Birliyi 1989-cu ildə Mədəniyyət Nazirliyinin tərkibində yaradılıb. Qurum bundan əvvəl mövcud olan Dövlət Kinematoqrafiya Komitəsinin vəzifələrini yerinə yetirib.

Polad Bülbüloğlu 1988-ci ildə mədəniyyət naziri təyin olunub, 1989-cu ildə isə nazirliyin tərkibində “Azərkinovideo” İstehsalat Birliyi yaradılıb. Balansındakı qurumlar bunlar idi: “Azərbaycanfilm”, “Salnamə”, “Azanfilm”, “Debüt”, “Mozalan”, “Dublyaj”, “Videokino” studiyaları, kinoteatrlar, videozallar, videokirayə məntəqələri, Dövlət Kinofilm Fondu, “Kino” qəzeti, “Şüa” kooperativi, “Fortuna” kiçik dövlət müəssisəsi, Abşeron rayon kino-video idarəsi, Bakı şəhər təsərrüfathesablı video birliyi, “Sinema” kiçik dövlət müəssisəsi, Bakı şəhər təsərrüfathesablı təmir-tikinti sahəsi, şəhər və rayon kino-video birlikləri.

“Azərkinovideo” İstehsalat Birliyi 1991-ci ildə Mədəniyyət Nazirliyinin balansından çıxarılaraq müstəqil fəaliyyət göstərib. Müəssisənin direktorları: Qəhrəman Hümbətov (1991), F.Quliyev (1991-1992), Oktay Mir-Qasım (1992-2001) olub.

“Azərkinovideo” 19 aprel 2001-ci il tarixdə ləğv olunub və yenidən Mədəniyyət Nazirliyinin tərkibində Kino idarəsi yaradılıb. “Azərkinovideo” İB-nin bütün əmlakı, strukturları nazirliyin balansına keçirilib.

Polad Bülbüloğlu 26 dekabr 1988-ci ildən 30 yanvar 2006-cı ilə qədər mədəniyyət naziri olub. Qeyd olunmalıdır ki, “Azərkinovideo” ləğv olunanda bütün əmlak, avadanlıq, binalar, qurumlar hamısı yerində idi. Dava da elə bu əmlakın, binaların, avadanlıqların, kinoteatrların davası idi. Nəhayət ki, o dövrdə mədəniyyət naziri olan Polad Bülbüloğlu Ramiz Mehdiyevin dəstəyi ilə “Azərkinovideo” İB-nin ləğvinə nail oldu və kino ilə bağlı bütün əmlak, avadanlıq, inventar, strukturlar nazirliyin balansına keçdi. Bundan sonra isə hər şey satıldı, dağıdıldı, məhv edildi. Kinomuz da elə o vaxtdan hələ də özünə gələ bilmir.

Ancaq içtimaiyyətə, mətbuata yanlış məlumat verməyin yolverilməz olduğunu da hörmətli Müşfiq bəyə xatırlatmaq istəyirəm.

1989-cu ildə Dövlət Kinematoqrafiya Komitəsi ləğv edilərək Mədəniyyət Nazirliyinin tərkibində “Azərkinovideo” İB yaradıldı. Mədəniyyət naziri Polad Bülbüloğlu idi. 1991-ci ildən müstəqil qurum kimi fəaliyyət göstərən “Azərkinovideo” 2001-ci ildə ləğv edildi və yenidən kino Mədəniyyət Nazirliyinin tərkibinə keçdi. 2001-ci ildə Polad Bülbüloğlu hələ də nazir idi və 2006-cı ilə qədər bu vəzifəni icra edirdi. Bu halda kinonun Polad Bülbüloğlunun tabeçiliyində olmadığını demək doğrudurmu?

Əgər kinomuzu yenidən dirçəltmək istəyiriksə, onda gəlin həqiqətin üzünə dik baxaq. Baş verənləri ört-basdır etmək çıxış yolu deyil. Olanlara qiymət verək ki, bir daha təkrarlanmasın”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Noyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri