Icma.az
close
up
RU

Polis polkovniki icra başçısı təyin etdirmək üçün yarım milyon manat alıb?

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Daxili İşlər Nazirliyi (DİN) Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırım icra başçısı təyin etdirmək adıyla dələduzluqda suçlanır. İddia edilir ki, icra başçısı olmaq istərkən, yarım milyondan manatdan çox pul itirən zərərçəkmiş “Azəryolservis” ASC Gürcüstan filialının keçmiş direktoru Qurban Piriyevdir.

R.İldırımın 66 yaşı var və yaxın günlərdə təqsirləndirilən şəxs kimi məhkəmə önünə çıxarılacaq. Onun mühakiməsi noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində başlanıb. R.İldırım Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə suçlanır. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Keçmiş polis polkovniki həbsdə deyil. O bu cinayət işiylə əlaqədar ötən ilin noyabrında haqqında cinayət işi başlanandan sonra axtarışa verilib. Dekabrın əvvəlində saxlanılınca da həbs qərarı çıxarılıb. İki aya yaxın həbsdə qalandan sonra yanvarın 26-da ev dustaqlığına buraxılıb.

R.İldırım müttəhimlər kürsüsündə tək olmayacaq. O, Balakəndə Dairə Seçki Komissiyasının sədri Qoşqar Məmmədov və xalq.az saytının rəhbəri Zaur Mirzəzadə ilə birlikdə mühakimə ediləcək. Onlar əlbir olub Q.Piriyevi aldatmaqda suçlanırlar.

İttihama görə, 62 yaşlı Q.Piriyev tanışı Hürü Əmiraslanova vasitəsilə bunları tanıyıb. Adıçəkilən qadın təqsirləndirilən şəxslər arasında olsa da, ötən ilin oktyabrında özünə qəsd edib və öldüyünə görə haqqındakı cinayət işinə xitam verilib.

“Rasim İldırımı pis vəziyyətdə qoymamaq üçün o zaman demədim…”

Cinayət işinin materiallarında iddia edilir ki, təqsirləndirilən şəxslərdən yalnız H.Əmiraslanova icra başçısı olmaq istəyən Q.Piriyevin tanışı olub, elə digərlərini də onun vasitəsilə tanıyıb. Məsələn, Q.Məmmədovu ona prezidentin köməkçisi Anar Ələkbərovun əmisi oğlu Şahin Ələkbərov kimi tanıdıblar.

İttihama görə, onunla 300 min dollara icra başçısı təyin olunmaq haqda razılığa gəliblər. R.İldırımsa “Şahin Ələkbərovun sürücüsü Pərviz” adıyla gedib pulu Q.Piriyevdən götürüb (birinci dəfə 2018-ci ildə 180 min, ikinci dəfə isə 2019-cu ildə 120 min dollar).

İttihamda o da göstərilib ki, Q.Piriyevə Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevə vermək adıyla 20 min dollar dəyərində qızıl-zinət əşyası aldırılıb. Təqsirləndirilən şəxslərdən Z.Mirzəzadəni də onun köməkçisi “Nihad” kimi təqdim ediblər.

Məhkəmə qarşısına çıxarılacaq üç nəfərin heç biri özünü təqsirli bilmir.

Təqsirləndirilən Z.Mirzəzadə deyir ki, R.İldırımın onu görüş zamanı Q.Piriyevə “Nihad” kimi tanıtması onun özündən ötrü də gözlənilməz olub: “Bilmədim, niyə belə deyir. Mənə dedi ki, sonra sənə izah edərəm. Qurban Piriyevdən alınan puldan mənə qətiyyən çatmayıb. Sadəcə, Rasim İldırımı pis vəziyyətdə qoymamaq üçün o zaman demədim ki, mən Nihad deyiləm”.

Təqsirləndirilən Q.Məmmədov da ona pul çatmadığını, özünü təqsirli bilmədiyini deyib.

R.İldırımsa ifadəsində bildirib ki, zərərçəkmişdən aldığı pulları və qızılı digər təqsirləndirilən şəxslərə verib.

Təqsirləndirilən R.İldırım uzun illər Bakının Nəsimi, Suraxanı, Xətai rayonlarının prokuroru işləmiş Yusif İldırımzadənin qardaşıdır. Y.İldırımzadə 2020-ci ildə yaş həddi ilə əlaqədar Xətai rayonunun prokuroru vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Noyabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see194

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see182

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see152

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see152

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see143

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see141

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see139

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see137

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see136

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see135

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see133

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see131

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see129

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see128

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see125

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri