Polis sahilboyu ərazilərdə ətraf mühitin qorunmasına nəzarəti gücləndirdi
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Polis əməkdaşları tərəfindən müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.
"Unikal" xəbər verir ki, Bakı, Sumqayıt, Xaçmaz, Şabran, Siyəzən, Neftçala şəhər və rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması, tullantı sularının kənara axıdılması, özbaşına tikinti işlərinin aparılması və qadağan olunmuş yerlərdə tütün çəkilməsi halları aşkar edilib.
Tədbirlər çərçivəsində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 24, sadalanan digər qadağan edilmiş əməllərə yol verən 5 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbir görülüb.
Ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir.
Baxış sayı:67
Bu xəbər 04 Avqust 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















