Polis Tovuzda külli miqdarda narkotiki satmaq istəyən şəxsləri saxladı
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkokuryerlik edən şəxslər - əvvəllər məhkum olunmuş 25 yaşlı Eşqin Ələkbərov və onun həmyaşıdı Seymur Zeynalov saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, E.Ələkbərovun yaşadığı ünvana baxış keçirilən zaman oradan 3 kiloqram 200 qram marixuana və 3 kiloqram 350 qram həşiş aşkarlanıb.
Araşdırmalarla müəyyən olunub ki, həmin şəxslər ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayonu ərazisində gizlədilən narkotikləri satmaq məqsədilə əldə ediblər.
Faktla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:Polis Sumqayıt sakinlərinin kabusuna çevrilən şəxsləri saxladı
29 Mart 2025 23:57
Polis psixotrop tərkibli həb satan şəxsləri saxladı
29 Aprel 2025 18:55
Polis moped və “VAZ” qaçıran şəxsləri saxladı
16 Aprel 2025 12:23
Polis paytaxtda mağaza və avtomobildən pul oğurlayan şəxsləri saxladı
17 Sentyabr 2025 12:40
Polis Bakıda 17 minlik mal qara oğurlayan şəxsləri saxladı
19 Sentyabr 2025 12:08
Baxış sayı:103
Bu xəbər 16 Yanvar 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















