Polisə xəsarət yetirdiyi üçün həbs edilən sabiq deputat azadlığa çıxdı
Icma.az bildirir, Sitat.info portalına istinadən.
Polis əməkdaşına xəsarət yetirmə ittihamı ilə məhkum edilmiş sabiq deputat Eldəniz Səlimov azadlığa buraxılıb.
Sitat.info-nun məlumatına görə, E.Səlimovun 3 il 6 aylıq həbs cəzası bu gün başa çatıb. O, 10 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.
Deputat işləyə-işləyə cinayət törədən Səlimov vaxtından əvvəl cəza çəkmədən azad edilmək üçün müraciət etməyib, günə-gün həbsdə yatıb.
Qeyd edək ki, Eldəniz Səlimov Xaçmaz seçki dairəsindən deputat olub. Həbsinə səbəb olan hadisə 2021-ci ilin avqustunda elə Xaçmazda kafedə baş verib. Deputat mübahisə zamanı polis əməkdaşına xəsarət yetirib.
Vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinən E.Səlimov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi./Qafqazinfo
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 03 Fevral 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















