Icma.az
close
up
RU
“Politico”nun dezinformasiyası: Hamıya dərs verməyə çalışanlar... Rəfail Becanov

“Politico”nun dezinformasiyası: Hamıya dərs verməyə çalışanlar... Rəfail Becanov

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Son dövrlərdə beynəlxalq media qurumlarının məlumatların dürüstlüyü məsələsində cavabdehlik daşıması geniş müzakirələrə səbəb olub.

“Politico” nəşrinin dezinformasiya yaymasə isə bu mövzunun aktuallığını bir daha ortaya qoyub. Məlumatların qərəzli şəkildə təqdim olunması və ya faktların təhrif edilməsi cəmiyyətdə çaşqınlıq yaradır. 

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən “Cümhuriyət” qəzeti və “Cebhe.info” Xəbər Portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov bildirib ki, Qərb ölkələrini təmsil edən bəzi mərkəzlərin, media subyektlərinin ikili standartlarla yanaşmasına illərdir şahidlik edirik. Müxtəlif formatlarda etirazlara baxmayaraq, onlar sistemli şəkildə saxta məlumatlar yaymaq mövqelərindən geri durmurlar. COP29 zamanı da bunu gördük. “The Washington Post”, “The Telegraph” Azərbaycana qarşı mümkün qədər əks təbliğat apardı. İllərlə yada düşməyən mövzulara toxundular, yada düşməyən adamların tribunası kimi göründülər.

Ekspertin sözlərinə görə, media quruluşunun əsas peşə hədəfi məlumatın qərəzli olmaması, dəqiq informasiyaya və faktlara əsaslanmasıdır. Təəssüf ki, xarici media qurumlarında dezinformasiyalar baş alıb gedir. Hamıya dərs verməyə çalışanlar söz, mətbuat azadlığını əllərində bayraq edib təxribat və saxta məlumatlarla dünyanı aldatmağa çalışırlar.

Rafail Becanov vurğulayıb ki, bir sıra xarici media qurumları Azərbaycanla bağlı sanki bir dezinformasiya trendinə qoşulmaq yarışına giriblər. “Politico” nəşri də digərlərindən fərqlənimir. Saxta məlumatlarla dünya ictimaiyyətini aldatmağa çalışır. Bu onu göstərir ki, həmin media quruluşları Azərbaycana qarşı anti-təbliğat mərkəzlərinin əlində şantaj subyektlərinə çevriliblər.

Onun fikrincə, hər hansı bir yazı, məlumat dəqiqləşmə, aydınlaşdırma tələb edir. Əgər bu dövlətlə bağlıdırsa, rəsmilərdən cavab alınmalıdır. Ölkəmizdə xarici media qurumlarının istənilən sualının dövlət rəsmiləri tərəfindən cavablandırılması adi qaydadır. Müşahidə etməmişəm ki, hər hansı sual cavablandırılmasın. Lakin saxta və yalan məlumat hazırlayanlar buna ehtiyac görmürlər və məqsədli şəkildə dezinformasiya yayırlar.

“Politico”nun məlum saxta məqaləsi bu qəbildəndir. Məqsədli şəkildə təhrifə yol verirlər. Bu, Azərbaycana qarşı yönəlmiş açıq anti-təbliğatın bir nümunəsidir.

O, qeyd edib ki, həmin məqaləyə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında cavab verib. İndi görək həmin nəşr bunu dərc edəcəkmi? İnandırıcı deyil, çünki məqsədləri həqiqəti üzə çıxarmaq yox, saxta məlumatlar yaymaqdır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri