Icma.az
close
up
RU
Türkiyə Ermənistan sərhədləri sülh imzalanmadan açılmayacaq Politoloq

Türkiyə Ermənistan sərhədləri sülh imzalanmadan açılmayacaq Politoloq

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Ermənistan tərəfi tələskənlik edir

 

İlqar Vəlizadə: "Ermənistan və Türkiyə rəsmiləri arasında baş tutan görüşlər sülh prosesinə dəstək xarakteri daşıyır"

Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanla İstanbulda görüşüb. Papoyan bildirib ki, görüşdə Ermənistan-Türkiyə arasında müntəzəm təmasların vacibliyi vurğulanıb və dialoqu davam etdirməyə hazır olduqları bir daha təsdiqlənib. Həmçinin, vurğulanıb ki, görüşdə Qars-Gümrü dəmir yolu xəttinin yenidən açılması imkanları, TRİPP proqramı vasitəsilə hər iki ölkə üçün yaranan yeni iqtisadi, logistik və ticarət fürsəti müzakirə edilib. Söhbət zamanı bazarların şaxələndirilməsi, yeni logistik marşrutların formalaşdırılması, qarşılıqlı iqtisadi maraqların genişləndirilməsi məsələsi də diqqət mərkəzində olub. O cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı məsələlər də müzakirə edilib. Görüşdə Ermənistanın QDİƏT-dəki daimi nümayəndəsi Nairi Petrosyan da iştirak edib. Öz növbəsində türkiyəli nazir Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə son səfərini yüksək qiymətləndirib və bunun ikitərəfli münasibətlərin inkişafına müsbət təsirini vurğulayıb.

Politoloq İlqar Vəlizadə Sherg.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə Ermənistan rəsmiləri arasında ötən müddət ərzində bir çox təmas olub. Ekspert vurğulayıb ki, Türkiyə Prezidenti R.T.Ərdoğan və xarici işlər naziri Hakan Fidan dəfələrlə bəyan edib ki, Bakı və İrəvan arasında sülh prosesi yekunlaşmadan, sülh imzalanmadan Türkiyə-Ermənistan sərhədləri açılmayacaq:

"Ankara tərəfindən qeyd olunub ki, ikitərəfli münasibətlərin birbaşa normallaşmasından, yəni bu prosesin Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarından ayrıca aparılmasından söhbət gedə bilməz. Ermənistan və Türkiyə arasında sərhədlərin və yolların açılması regionda sülh və əməkdaşlıq formalaşandan sonra mümkündür. İndiki məqamda Ermənistan və Türkiyə rəsmiləri arasında baş tutan görüşlər, aparılan müzakirələr, verilən açıqlamalar daha çox ümumi sülh prosesinə dəstək xarakteri daşıyır. Ola bilsin, tərəflər gələcəkdə ilk növbədə hansı addımların atıla biləcəyinə aydınlıq gətirirlər".

İ.Vəlizadənin sözlərinə görə, heç kimə sirr deyil ki, Türkiyə malları Ermənistanın daxili bazarlarında, əksinə, erməni məhsulları da Türkiyə bazarlarında satılır:

"İki ölkənin ticarətçiləri qonşu Gürcüstan vasitəsilə öz məhsullarını Türkiyəyə və Ermənistana keçirirlər. Düzdür, rəsmi xarakter daşımasa da, vasitəçi qismində Gürcüstan iştirak etsə də, Ermənistan-Türkiyə arasında ticarət mübadiləsi mövcuddur. Hətta bəzi məlumatlara görə, münaqişə illərində Türkiyə-Ermənistan arasında ticarət mübadiləsi 230-250 milyon dollar civarında idi. Əgər o vaxt mümkün idisə, ötən 5 il ərzində bu prosesin davam etdirilməsi mümkündür. O da aydındır ki, Ermənistan tərəfi tələskənlik nümayiş etdirərək Türkiyə ilə münasibətlərin daha tez qurulmasını, sərhədlərin tezliklə açılmasını istəyir və buna cəhd göstərir. Çünki Türkiyə ilə sərhədlərin açılması, iqtisadi əlaqələr Ermənistana hava-su kimi lazımdır. Ancaq şübhə yox ki, Ankara və İrəvanın indiki təmasları yekun sülh sazişi imzalanmadan öz məcrasından çıxmayacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri