Politoloq: Ermənistan gələcəyi ilə bağlı optimist proqnozlar vermək çətindir
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistan Paşinyanın əli ilə müxtəlif güc mərkəzlərinin əlaltısına çevrilir. Bu sözləri erməni politoloq Anna Karapetyan deyib. O bildirib ki, Ermənistan güc mərkəzi olan vektoru daim dəyişir. Həmçinin qeyd edib ki, bunlara görə Türkiyənin güclənməsi kontekstində təhlükələr Ermənistan üçün gündən-günə artır və bu gün hər hansı optimist proqnoz vermək çox çətindir. Onun fikrincə, 2025-ci ildə Ermənistan suverenliyini belə itirə bilər.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a söyləyib ki, bu gün Ermənistanda Nikol Paşinyan tərəfindən müxtəlif siyasi gedişlər edilir:
“2026-cı ildə Ermənistanda seçkilər olduğuna görə Paşinyan indidən ölkədə öz əlaltısı olan müxalif partiyaların sayını artırmağa çalışır. Hətta ötən ilin sonlarına doğru Rusiya Xarici Kəşfiyyat Xidməti hesabat yayaraq Nikol Paşinyan tərəfindən qondarma şəkildə formalaşdırılan yeni müxalif partiyaların siyahasını açıqlamışdı. Burada məqsəd ondan ibarətdir ki, növbəti seçkilərdə Paşinyan özünə rəqib saydığı güclü müxalif təşkilatları sıradan çıxarsın. Eyni zamanda Ermənistan gələcəyi ilə bağlı hansısa optimist proqnozlar vermək çətindir. Lakin erməni politoloq Anna Karapetyan burada reallığı ehtiva etmir. Ermənistanda o qədər revanşist və radikal neofaşizm erməni ekspertlərin beynini doldurub ki, onlar obyektiv reallığı görmək istəmirlər. Ermənistan Azərbaycanla sülh müqaviləsini ləngidir və Türkiyəylə münasibətləri yaxşılaşdırmağın rəsmi Bakı ilə sülhdən asılı olduğunu hələ də başa düşmür. Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşmaması Ermənistanın gələcəyi üçün təhdidləri artırır. Ermənistanla bağlı optimist fikirlər söyləyə bilməmə səbəbimiz onların doğru siyasi addımlar ata bilməməsidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 02 Yanvar 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















