Icma.az
close
up
RU
Politoloq: Ermənistanda sosial iqtisadi iğtişaşlar baş verə bilər MÜSAHİBƏ

Politoloq: Ermənistanda sosial iqtisadi iğtişaşlar baş verə bilər MÜSAHİBƏ

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanınmış rusiyalı politoloq və iqtisadçı Mixail Belyayev “Moskva-Baku” portalına müsahibəsində Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın İrəvana səfərini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

-Avropa diplomatiyasının rəhbəri Mixail Kimoviç Kaja Kallas Ermənistana 2 günlük səfər edib. Erməni həmkarı Mirzoyanla apardığı danışıqlardan sonra Kallas respublikaya Aİ və Ermənistanın heç vaxt bu qədər yaxın olmadığına dair aydın mesajla gəldiyini bildirib. Həmçinin böhranın idarə olunması üzrə çərçivə sazişinin (Ermənistana Aİ-nin dünya üzrə missiyalarında iştirak etməyə imkan verir) imzalanacağı, təhlükəsizlik və müdafiə sahəsində məsləhətləşmələrin başlanacağı, eləcə də islahatlarında Ermənistana dəstək veriləcəyi açıqlanıb. Bunun fonunda Ermənistan yenidən KTMT xarici işlər nazirlərinin iclasında iştirakdan imtina edib. Amma bütün bunlar İrəvana Ermənistan hakimiyyətinin Rusiya ilə müttəfiqlik münasibətlərinə yenidən baxmaq niyyətində olmadığını deməyə mane olmur. Vəziyyəti necə xarakterizə edərdiniz?

- Təbii ki, Nikol Paşinyan qərbyönlü vektorunu dəyişmək fikrində deyildi. Məsələ burasındadır ki, o, gələn il respublikada keçiriləcək parlament seçkiləri öncəsi artıq kampaniyaya başlayıb. O, bu seçkilərdə istənilən vasitə ilə qalib gəlməlidir.

Ermənistanın suveren dövlət kimi gedəcəyi yolu seçmək, hansı islahatları aparmaq, kiminlə dostluq münasibətlərində olmaq, kiminlə o qədər də dostluq münasibətləri qurmaq hüququ var.

Paşinyanın son ritorikası Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərinə yenidən baxmamaq fikrində olması seçki strategiyasıdır. Erməni xalqının əhəmiyyətli bir hissəsi Rusiya Federasiyası ilə dostluq münasibətlərinin saxlanmasının tərəfdarıdır. Və Paşinyana əhalinin bu hissəsinin seçkilərdə ona səs verməsi lazımdır. Ona görə də o, Rusiya Federasiyasında belə bir seçki kartı oynayır.

Eyni zamanda, Ermənistan XİN rəhbərinin Bişkekdə keçirilən KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməməsi, əksinə, İrəvanda Kaja Kallas ilə görüşməsi və onunla digər məsələlərlə yanaşı, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etməsi də əlamətdardır. Təbii ki, bu, Ermənistanın KTMT-yə qarşı demarşıdır.

Qərbin Cənubi Qafqazda bir region kimi ciddi strateji mövqelərə malik olan Ermənistan timsalında dayağa malik olması lazımdır. Gördüyümüz kimi, Ermənistan Respublikasına ABŞ-ın diqqətinin dəyişməsinə baxmayaraq, Aİ onu dəstəkləmək kimi az-çox aktiv siyasətini davam etdirir.

Ermənistan ona doğru tələsməzdən əvvəl öz coğrafiyasına- Qərbi Avropaya münasibətdə harada yerləşdiyinə baxmalıdır. Ondan uzaqdır, dənizə çıxışı yoxdur. Respublikanın Aİİ-dən çıxması və Aİ ilə yaxınlaşması halında hansı iqtisadi inkişafdan danışmaq olar? Ermənistanın Qərbi Avropanın yanında olmasını göstərən bir obyektiv faktor yoxdur.

Ermənistanda müəyyən qrup nüfuzlu şəxslərin nümayəndələri fəal vasitəçilik və sponsorluqla, Qərb qüvvələri tərəfindən siyasi texnologiyaların tətbiqi ilə respublikanın Qərblə yaxınlaşmasını, Paşinyanın hakimiyyətdə kifayət qədər uzun müddət qalmasını dəstəkləyirlər. Onlar da siyasi texnologiyaların köməyi ilə Paşinyanın uğurlu seçki kampaniyasını təmin edirlər. Əminəm ki, ölkənin qərbyönlü kursu əhalinin əksəriyyəti tərəfindən cavab tapa bilmir. Ermənistanın inkişafı baxımından belə bir yol əbəsdir.

Təbii ki, biz başa düşürük ki, Qərbi Avropa hələ də zəngindir, Ermənistanda yaşayan 3 milyona yaxın ermənini hələ də hansısa formada dəstəkləmək iqtidarındadır. Ancaq bu, subsidiyalarla yaşayan bir ölkə olacaq və bu, dövlətin rifahı ilə bağlı deyil.

- Daha bir maraqlı məqam: Rusiya Ermənistan hakimiyyətinin erməni apostol kilsəsi ilə bağlı addımlarını tənqid edir, Qərb susur. Üstəlik, Makron bu addımlarda birbaşa Paşinyana dəstək verib...

- Bu həm də onu göstərir ki, Aİ seçkilər öncəsi Paşinyanı dəstəkləyir. Baxın, Ermənistan XİN rəhbəri bildirib ki, Rusiya Ermənistan Apostol Kilsəsinə doğru atılan addımların tənqidi ilə əlaqədar respublikanın daxili işlərinə qarışır. Və bu bəyanat olduqca kobud səsləndi.

- Deməli, indi Paşinyanın məqsədi seçkilərdə qalib gəlmək, mövqelərini möhkəmləndirməkdir? Ehtimal etmək olarmı ki, seçkilərdən sonra Ermənistan hakimiyyəti daha qətiyyətlə hərəkət edəcək, Qərbə doğru addımlar atacaq, Rusiyadan uzaqlaşacaq?

- Əlbəttə. Amma “seçkilərdə qalib gəlmək”lə “mövqeləri gücləndirmək” arasında bərabər işarə qoymazdım. Bəli, onun siyasi strateqlərin, Qərbin məsləhətləşmələrinin, Qərbin pulunun köməyi ilə seçkilərdə qalib gəlməsi ehtimalı yüksəkdir. Amma o, Qərbə doğru daha aktiv addımlar atmağa başlasa, düşünürəm ki, sosial-iqtisadi iğtişaşlar yaşaya bilər.

Tərcümə - Elçin Bayramlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 İyul 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri