Icma.az
close
up
RU
İsrail bu ölkənin işğalına başladı Trampla gizli razılaşma var?

İsrail bu ölkənin işğalına başladı Trampla gizli razılaşma var?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bir müddətdir Suriyada vəziyyətin sabit olduğu düşünülsə də, 14 noyabrda paytaxt Dəməşqə ard-arda edilən raket hücumları bölgə üçün təhlükənin azalmadığını göstərir. Hücumların Suriya lideri Əhməd Əl Şaraanın 10 noyabrda Trampla Ağ Evdə görüşündən bir neçə gün sonra baş verməsi xüsusilə diqqət çəkir.

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə siyasi şərhçi Deniz Büstani deyib ki, Dəməşqin Mezle bölgəsinin “86-cı məhəlləsi”ndə bir evə pilotsuz təyyarə ilə hücum edilib:

“İsrailin ona təhlükə yarada biləcək bütün şəxslərin Dəməşqdə ünvanlarını müəyyən edərək evlərini dəqiq atəşlə hədəfə aldığı artıq məlumdur. İsrailin bu taktikası 2020-ci ildən bəri davam edir. SEPAH-ın Qüds briqadasının komandanı general Qasım Süleymaninin öldürülməsindən sonra İsrail bu hücumları Suriyada daha da artırıb.

Bu hücumlardan birini Əhməd Əl Şaraanın hakimiyyəti dövründə də həyata keçirdiyini görürük. Hücumda öldürülənlərin adlarının açıqlanmaması diqqət çəkir. Lakin iddialara görə, yeni Suriya ordusunda mühüm şəxslərdən birinin hədəfə alınaraq öldürüldüyü deyilir. Bu barədə hələlik dəqiq məlumat yoxdur. İsrail Suriyada təhlükəsizliyə ciddi təhdid yaratmaqla yanaşı, bu hücumlarla sabitliyi pozmuş olur. Dünən isə Humusda küçədə silahlı hücum olub. İki mülki şəxs həlak olub. Bu silahlı hücumun başqa bir mülki şəxs tərəfindən törədildiyi deyilir. Bu barədə də dəqiq məlumat yoxdur”.

Deniz Büstani

Siyasi şərhçinin sözlərinə görə, İsrailin hücumlarından əlavə, Suriya daxilində, orduda birliyin təmin olunmaması və asayişin tam bərpa edilməməsi də əhəmiyyətli amillərdir və bu cür hadisələr hazırda Suriyanın müxtəlif bölgələrində, xüsusən də Dəməşq, Hama, Humus, Lazkiya və Tartusda hər gün baş verir:

“Əlbəttə ki, İsrailin dron hücumu diqqətçəkəndir. Çünki hər kəs Əhməd Əl Şaraanın xüsusilə ABŞ-a səfərindən sonra İsraillə razılığa gələ və İbrahim Sazişlərinə qoşula biləcəyini və ya tərəf ola biləcəyini düşünürdü. Suriya hökuməti bunu istəsə də, İsrail hökuməti, gördüyümüz qədər, hələ ki, belə bir razılaşmadan imtina edir. Əhməd Əl Şaraanın Trampla görüşü zamanı rusların Suriyadan çıxarılması öhdəliyini üzərinə götürdüyü deyilir. Bununla yanaşı, onun da Trampdan İsrailin Qolan təpələrinə çəkilməsini tələb etdiyi bildirilir. Həmçinin İsrailin Trampa qarşı reaksiyası haqda da şərhlər var. Əlbəttə ki, Əhməd Əl Şaraa ABŞ-a səfərinin müsbət keçdiyini bildirsə də, İsraillə sülhə nail olmamaq Suriyadakı sabitliyə mənfi təsir göstərə bilər”.

Büstani vurğulayır ki, İsrail artıq Dəranın bir hissəsini, Süveyda şəhərini və Kuneytranı tam işğal edib:

“Mətbuatda çox müzakirə olunmasa da, İsrailin Suriyadakı təsirinin hazırda düşünüləndən daha böyük olduğunu söyləmək olar. Suriyada sabitliyin təmin edilməsi üçün bu cür hücumlardan daha çox, qonşu ölkələrdən təhdid olaraq qəbul etdiyi qrupların təsirini azaltmaq Əhməd Əl Şaraa üçün çox vacibdir. Bu məqsədlərə çatmaq üçün göstərdiyi səylərə baxmayaraq, Suriyada sabitliyin tam olaraq təmin edilməməsi və xüsusilə İsrail tərəfindən təhdidin yaranması olduqca narahatedicidir. Beynəlxalq arenada Suriyadakı proseslərin qaydasında getdiyi görülsə də, ölkə daxilindəki bu hadisələr hələ sabitliyin əldə edilmədiyinin və yaxın gələcəkdə buna nail olmağın çətin olacağını göstərir”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri