Icma.az
close
up
RU
Politoloq: İran və Ermənistan bölgədə sülhə xidmət etməlidir

Politoloq: İran və Ermənistan bölgədə sülhə xidmət etməlidir

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, 9-10 aprel tarixlərində Ermənistan Respublikası silahlı qüvvələri və İran İslam Respublikası silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri birgə təlimlər keçirəcək.
Ermənistan ordusunun bölmələri Ermənistan ərazisində, İran ordusunun bölmələri isə İran ərazisində təlimlər keçirəcək.
Məlumatda qeyd olunub ki, “təlimlər şərti terrorçu qrupların Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd nəzarət-keçid məntəqələrinə hücumlarının neytrallaşdırılmasını nəzərdə tutur”.
Məsələ ilə bağlı politoloq Turab Rzayev Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, bu addımı xoş dəyərləndirməliyik:
“Çünki Azərbaycan bölgə və regionda sülhə tərəfdardır. Ancaq İran və Ermənistanın ara-sıra hərbi təlimlər keçirməsi və bir çox hallarda bu hərbi təlimlərin region ölkələrinə qarşı olması əlbəttə ki, bölgədə sülhə fayda vermir. İran vaxtaşırı ya Azərbaycan, ya da Türkiyə sərhədində təlimlər keçirir ki, bu  heç də xoş qarşılana bilməz. Ermənistan gah ABŞ-la hərbi təlimlər, gah da Fransa ilə təhlükəsizlik təlimləri keçirir. Bütün bunlar bölgədə sülhə xidmət etmir. Sərhəddə belə təlimin keçirilməsi bir mesajdır. Burada daha çox Azərbaycanın hansı şəkildə İran-Ermənistan səhərdinə müdaxilə etməsinə qarşı olduğunu vurğulayırlar”.
Politoloq bildirib ki, 44 günlük müharibədə də  Azərbaycana qarşı haqsız iddialar da var idi:
“Erməni və İran mediası Azərbaycanın hansısa terror təşkilatından istifadə etdiyini qabardırdılar. Burada həm də düşünürəm ki, həmin bu saxta məlumatlarda göndərmə var. Açıq şəkildə deyilməsə də Azərbaycan nəzərdə tutulur. Şərti olaraq iki ölkə sərhədində terror məsələsi qabardılırsa hədəf Zəngəzur vilayətidir. Zəngəzur dəhlizində hazırda ola biləcək hansısa bir hücum və ya hansısa bir müdaxilə sadəcə Azərbaycan tərəfindən ola bilər. Ona görə də biz bu məsələyə qınayırıq. Bölgədə İran və Ermənistan sülhə xidmət etməlidir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Aprel 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri