Icma.az
close
up
RU
Politoloq: Prezident İlham Əliyev xalqımızın milli maraqlarını reallaşdırmağı həyat məqsədinə çevirib

Politoloq: Prezident İlham Əliyev xalqımızın milli maraqlarını reallaşdırmağı həyat məqsədinə çevirib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 22 noyabr, AZƏRTAC

Müasir dünya reallıqları göstərir ki, hər bir ölkə üçün ilkin amil təhlükəsizliyin təmin olunmasıdır. Çünki çağırışların kəskinləşdiyinin, reallıqların isə daha təhlükəli hal aldığının şahidi oluruq. Təhlükəsizlik dediyimiz zaman isə artıq klassik mənada anladığımız məfhumların sərhədlərindən kənara çıxmağa çoxdan məcbur olmuşuq. Təhlükəsizliyin enerji, iqlim, ərzaq kimi elementləri ilə yanaşı, yeni bir istiqaməti də formalaşır ki, o da lider amilidir. Bunu formalaşdıran amilin özü də mövcud reallıqlardır. Nəticə etibarilə dünya siyasətinin ən əziyyət çəkdiyi məsələ lider qıtlığında gizlənir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib. O qeyd edib ki, Ukrayna münaqişəsi kimi mürəkkəb kombinasiya məhz lider amilinin zəifliyi nəticəsində daha da çıxılmaz vəziyyətə gəlib. “Bu amilin fonunda bir daha Azərbaycan Prezidenti İlham Əliyevin mürəkkəb kombinasiyaların öhdəsindən gəlmək bacarığının şahidi oluruq. Belə ki, biz Azərbaycan torpaqlarının 30 illik işğal dövründə ədalətsiz mövqe ilə yanaşı, tətbiq edilən, ardı-arası kəsilməyən ikili standartlardan son dərəcə əziyyət çəkdik. Özlərini demokratik dəyərlərin carçısı, insan haqlarının qoruyucusu hesab edən, beynəlxalq təhlükəsizlik sisteminin qrantı görən qüvvələr sanki qulaqlarını və gözlərini yumub Azərbaycanı nə görmək, nə də eşitmək istəyirdilər. Azərbaycan Lideri isə məhz bu çətin reallıqlar qaranlığında məqsədyönlü, qətiyyətli və sistemli işi ilə dünyada Azərbaycan reallığı formalaşdırmağı, onu aydınlığa çıxarmağı bacarıb. Sanki dünyaya işıq bəxş edib ki, beynəlxalq hüququn norma və prinsipləri görülsün. Bu fikirlər tamamilə günümüzün reallıqlarına əsaslanır. Çünki hazırda dünya siyəsətində Azərbaycan reallığı, diplomatiya masasında isə Prezident İlham Əliyev obrazı, portreti mövcuddur. Azərbaycan işğala, separatizmə son qoyaraq ərazi bütövlüyü və suverenliyini bərpa etməklə kifayətlənməyib, hətta əldə etdiyi Zəfərlə barışmaq istəməyən qüvvələrə bu reallıqları həzm etdirib. Nəticədə Azərbaycan yalnız regional siyasətdə fəal aktora çevirməyib, həm də ölkənin gücünü real faktora, milli maraqlarını prinsipial mövqeyə əsaslandırıb. Dövlətimizin başçısı sadəcə Ermənistanın deyil, ona havadarlıq edən qüvvələrin həmin dövrün status-kvonunu rəsmiləşdirmək imkanlarını əllərindən alıb, bütün neqativ cəhdləri elə yuvasındaca boğub”, - deyə politoloq əlavə edib.

Ş.Həsənova bu gün Azərbaycanın heç kimdən yardım almadan, mədət ummadan öz torpaqlarını yenidən qurub-yaratdığına diqqət çəkib: “Dövlət başçımız məhz öz gücünə, xalqının dəstəyinə inanır. Məhz bu qətiyyətli addımların nəticəsidir ki, Zəfərimiz dünya birliyi tərəfindən qəbul olunub. Güclü, xarizmatik, dərin siyasi erudisiyaya, aydın vizyona sahib olan Liderimiz xalqımızın milli maraqlarını reallaşdırmağı həyat məqsədinə çevirib. Bu siyasət Vətənə, torpağa, yurda bağlılıqdan irəli gəlir. Ukrayna dramının kökündə duran əsas faktor da bu cür lider qıtlığından çəkilən əziyyətdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri