Icma.az
close
up
RU
Politoloq: “Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq qurum kimi özünü doğruldur”

Politoloq: “Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq qurum kimi özünü doğruldur”

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Türk Dövlətləri Təşkilatının özünü fəaliyyət proqramı var. İldən-ilə proqramın çərçivəsi genişlənir. Bütün həyatı əhəmiyyət kəsb edən sahələrdə ortaq qəbul edilən normalar tətbiq edilməsi, fəaliyyət proqramlarının formalaşması əsas məsələdir”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, təşkilat artıq beynəlxalq qurum kimi özünü doğruldur: 
“Türk dövlətlərinin ayrı-ayrılıqda hər birinə məxsus potensial var. Ölkələrin özünün geosiyasi  çəkisi, nüfuzu var. Onlar birlikdə göstərir ki, qayələri yalnız dünya birliyinə müsbət pay verməkdən, inteqrasiya işində fəaliyyəti artırmaqdan ibarətdir. Ən maraqlısı odur ki, Macarıstan Avropa İttifaqının üzvü olaraq Türk Dövlətləri Təşkilatında geniş tərzdə işlərə başlayıb. Bütün bunlar göstərir ki, təşkilatın parlaq gələcəyi var. Bütün istiqamətlərin hamısında hüquqi baza yaratmaq üçün çalışırlar. Bu, çox vacib məsələdir. Misal üçün yükdaşımada qəbul edilmiş normalar artıq tətbiq edilir. Pandemiya dövründə yükdaşıma məsələsində qapanma prosesi qüvvədə idi. Türk dövlətləri arasında isə tranzitlər dinamik vəziyyətdə idi. Həmin dövrdə Avropa İttifaqı ölkələri bir-birindən gizlənirdilər. Türk dövlətləri isə əksinə ən ağır vəziyyətdə belə tərəfdaşlıq etdi. Prosesləri süni şəkildə dinamikləşdirmək olmaz. Gərək şərait formalaşsın. Hüquqi baza haqqında da dövlət başçılarından başlayaraq ekspert birliklərinin rəhbərlərinə qədər məlumatlıdırlar. Hər kəs bu istiqamətdə məqsədyönlü şəkildə fəaliyyətini davam etdirir”.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Dekabr 2024 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri