Icma.az
close
up
RU
Politoloq: Zəngəzur 1921 ci ilə qədər daim azərbaycanlılar tərəfindən idarə edilib

Politoloq: Zəngəzur 1921 ci ilə qədər daim azərbaycanlılar tərəfindən idarə edilib

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Zəngəzurun mülkiyyət məsələsinin heç bir tarixi və hüquqi problemi yoxdur. İstər tarixi, istərsə də hüquqi aspektdən Zəngəzur Azərbaycana məxsusdur".


Bu barədə "Sherg.az"a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmdəov deyib.


Ekspert bildirib ki, Zəngəzur tarixi baxımdan müxtəlif dövlətlərin və xanlıqların tərkibində olub: 


"Qədim dövrdən 1921-ci ilə qədər Zəngəzur daim azərbaycanlılar tərəfindən idarə edilib. XVIII–XIX əsrlərdə bu ərazi əsasən xanlıqların hakimiyyəti altında olub: Zəngəzur bölgəsi Qarabağ xanlığının tərkibində idi və burada  azərbaycanlılar əksər çoxluğu təşkil edirdi.  Saylarına görə ikinci kürdlər idi. Zəngəzurun bəzi qərb hissələri (indiki Qafan və Mehri rayonlarının bir hissəsi) Naxçıvan xanlığının təsiri altında olub. Bu ərazi Naxçıvan xanları və Qarabağ xanları arasında zaman-zaman nüfuz dairəsi baxımından dəyişirdi. Zəngəzurun şimal-qərb hissəsi İrəvan xanlığının təsirində olub. Lakin əsasən Qarabağ xanlığının nəzarətində qalan bölgələr zaman-zaman İrəvan xanları ilə mübahisəli olub. 1828-ci il Türkmənçay müqaviləsi ilə Zəngəzur bölgəsi Rusiya İmperiyasının tərkibinə daxil oldu.1905–1920-ci illərdə erməni-müsəlman toqquşmaları zamanı bölgədə azərbaycanlı əhali sıxışdırıldı.1921-ci ildə Zəngəzurun qərb hissəsi Sovet hakimiyyəti tərəfindən Ermənistan SSRİ-yə verildi. Şərqi Zəngəzur isə Azərbaycanın tərkibində qaldı. 1921-ci ildə Sovet rəhbərliyinin qərarı ilə Qərbi Zəngəzur Ermənistan SSR-in tərkibinə daxil edildi. Bu qərar siyasi motivli idi. Çünki Sovet Rusiyası bölgədə ermənilərin dəstəyini təmin etmək, Türkiyə və Azərbaycanın təsirini zəiflətmək istəyirdi. Lakin bu addım Azərbaycanın rəyi nəzərə alınmadan atılıb ki, bu da yerli çoxluğun və milli respublikanın hüquqlarının pozulmasıdır".


Analitik qeyd edib ki, 1920-21-ci illərdə Zəngəzurda azərbaycanlıların hüquqları pozulub: 

"AXC- nin beynəlxalq sərhədlərinin tərkibində olan Zəngəzur qeyri- qanuni SSRİ tərəfindən bir respublikanın tərkibindən çıxarılaraq digər respublikaya - Ermənistana verilib. SSRİ milli respublikaları bərabərhüquqlu respublikalar adlandırsa da, faktiki olaraq daxildə sərhədlərin dəyişdirilməsi Federasiya Konstitusiyasının pozulmasıdır. XX əsrin əvvəlləri bütün dünyada milli respublikaların formalaşması vaxtıdır. 1918-1920-ci illərdə 9 min kv.km. olan Ararat Respublikası və ərazisi 114.000 kv km olan Azərbaycan Xalq Cümhuriyyəti vardı. Hazırda SSRİ rəhbərliyinin ərazilərlə bağlı verdiyi qərarlar bütün dünyada sübhə altına salınıb. Çeçenlərin, məshəti türklərinin və digərlərinin köçürülməsi ilə bağlı repatriasiya qərarları qəbul olunub".


Ekspert vurğulayıb ki, son 10 ildə ərazilər məsələsində də yenidən baxılma proseduru başlayıb: 

"Krımın 1954-cü ildə Ukrayna SSR-in tərkibinə verilməsi tarixi və siyasi baxımdan mübahisəli qərarlardan biridir. SSR - nin varisi Rusiya Krımın Ukraynaya verilməsini o vaxtki rəhbərliyin cinayəti hesab edir. Zəngəzurla bağlı deyilənlər də tarixi həqiqətdir. Ermənistan tarixi və hüquqi baxımdan əraziləri Azərbaycana qaytarmalıdır. Əgər qaytarmaq istəmirsə, bu, mübahisə predmetidir. Beləliklə, Ermənistan Azərbaycan ilə Naxçıvan MR arasında yolu bağlayaraq qeyri-qanuni addım atır. Ermənistan Zəngəzurun dəhliz formasında açılmasına icazə verməyərək qeyri-qanuni addım atır. Ermənistan Zəngəzuru hərbləşdirir, bölgəyə silahlar yığır. Qeyri-qanuni şəkildə üçüncü dövlətləri Zəngəzura gətirib. Göründüyü kimi Zəngəzurla bağlı məsələ müzakirə predmetidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Mart 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri