Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Politoloqdan sərt açıqlama: “AB sülh yox, tərəf seçir”

Politoloqdan sərt açıqlama: “AB sülh yox, tərəf seçir”

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Azərbaycana olan ilk rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Birliyinə müraciət edərək regionda sabitlik və təhlükəsizliyin qorunması naminə bölgə dövlətlərinin daxili işlərinə müdaxilə etməməyi tövsiyə etməsi göstərir ki, rəsmi Brüssel Azərbaycanın AB-nin enerji təhlükəsizliyinə verdiyi töhfəyə baxmayaraq, Azərbaycanla münaqişə tərəfi olan Ermənistana dəstək vermək istiqamətində siyasətini davam etdirir. Prezident İlham Əliyevin müasir dünyada müstəqil dövlətlərin enerji təhlükəsizliyinin onların suverenliklərinin qorunub saxlanmasında mühüm faktorlardan olması ilə bağlı ismarıclarının kontekstində AB-nin Cənubi Qafqazda münaqişə tərəflərinə qeyri-obyektiv və hətta qərəzli siyasəti suallar doğurmaya bilmir.

Bu və digər məsələlərlə əlaqədar suallarımızı Tribunainfo.az-a müsahibə verən politoloq Elşən Manafov cavablandırır.

– Elşən bəy, Azərbaycan Prezidentinin AB-yə məlum ismarıcları kontekstində AB-nin özünün “Sülh fondu”ndan Ermənistana 20 milyon avro yardım ayırmaq üçün cəhd göstərməsi gündəmin əsas müzakirə mövzularından biri olub. Sizcə, AB-nin bu istəyi hansı maraqlardan irəli gəlir?

– AB təəssüf ki, Azərbaycanla münasibətlərə indiyədək ikili rakursdan yanaşıb. Özünün enerji təhlükəsizliyi ilə bağlı problemlərin həllində AB Azərbaycanla əməkdaşlığın davamı və genişləndirilməsində maraqlıdır. ABŞ-da hakimiyyətdə olan qlobalist Bayden iqtidarının təzyiqləri nəticəsində AB Rusiya ilə enerji əməkdaşlığını məhdudlaşdırdıqdan sonra neft və qaz tədarük edən Azərbaycan kimi dövlətlərə ehtiyacı daha da artıb. Avropanın qaz təchizatına sanballı töhfə olan Cənubi Qafqaz Qaz Dəhlizinin 2013-cü ildə istifadəyə verilməsindən sonra AB-nin 8 ölkəsinə Azərbaycan qaz tədarük edir. Ermənistana məlum yardımın göstərilməsi üçün təklif müzakirəyə çıxarılanda, təəssüf ki, bu 8 ölkədən yalnız biri – Macarıstan – təklifin təsdiqlənməsi əleyhinə çıxış etmiş və veto hüququndan istifadə edərək təklifi bloklamışdır. Macarıstan Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqda maraqlı olmaqla yanaşı, bu mövqeyi ilə ədalətin tərəfində durmuş və bəlli təklifin qüvvəyə minməsinin qarşısını almışdır. Bununla bağlı Orbanın rəhbərlik etdiyi dövlətə AB təzyiq göstərməyə çalışarkən Orban bildirmişdir ki, belə bir yardım hər iki tərəfə göstərilməlidir. Qeyd edim ki, AB hələ keçən il də “sülh fondu”ndan Ermənistana 10 milyon avro yardım təklifi ilə çıxış etmiş və həmin vaxt da Macarıstan bu təşəbbüsün qarşısını almışdır.

– AB-nin azı 8 ölkəsinin Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığına baxmayaraq, yalnız Macarıstanın Azərbaycanı müdafiə etməsini nə ilə izah etmək olar?

– Düşünürəm ki, bu, Macarıstan lideri Orbanın daha çox suveren və müstəqil siyasət yeritmək istəyi və siyasi iradəsi ilə bağlıdır. Orban AB-nin Rusiya-Ukrayna müharibəsi ilə bağlı sərgilədiyi mövqenin əksinə olaraq bir qayda olaraq Rusiyaya qarşı sanksiyaların tətbiqinə qarşı çıxır, bu sanksiyaların AB-nin maraqlarına cavab vermədiyini, birlik üzvü olan dövlətlərin vətəndaşlarının və şirkətlərinin bu sanksiyalardan zərər çəkdiyini dəfələrlə vurğulamışdır. Həmçinin nəzərə almaq lazımdır ki, Macarıstan Azərbaycanın da üzv olduğu Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malikdir.

– Görünür, ABŞ-da Trampın hakimiyyətə gəlməsi və onun Ukrayna-Rusiya müharibəsinin perspektivləri ilə bağlı məsələlərdə AB-dəki qlobalistlərdən fərqli mövqeyi onların postsovet ölkələri ilə bağlı yanaşmalarına da ciddi sirayət edir və yəqin buna görə postkommunist ölkələrə təzyiqləri gücləndirirlər?

– Tamamilə doğrudur. Qlobalistlər adətən müstəqil və suveren siyasət yeridən dövlətlərin siyasi elitalarını hədəfə alır və onları özlərinin diktə etdiyi şərtlərlə “əməkdaşlığa” dəvət edirlər. Azərbaycana yönəlik siyasətin kökündə dayanan amillərdən biri də məhz budur. Ermənistanda hakimiyyətdə olan qlobalist Paşinyan, qlobalistlərin regionla bağlı geosiyasi maraqlarının reallaşdırılmasında bir alətə çevrilmişdir və rəsmi Bakı bu maraqlara uyğun gəlmədiyi üçün təzyiq vasitəsi kimi qəbul olunur.

– Avropa Birliyi ölkələri sırasında Macarıstanla yanaşı Azərbaycanla çox isti münasibətləri olan ölkələrdən biri də Serbiya və onun Prezidenti Aleksandr Vuçiçdir. Azərbaycan Prezidenti İlham Əliyevə siyasətçi kimi yüksək dəyər verir. Serbiyanın isə Macarıstan kimi bu məsələdə fəal mövqe sərgiləməməsi suallar doğurur.

– Macarıstandan fərqli olaraq Serbiyanın AB-yə inteqrasiyası ilə bağlı daha kəskin məsələləri var. Avropa Birliyindəki qlobalistlər bunu çox yaxşı bilirlər və bu amildən istifadə edərək Serbiyaya təzyiq göstərirlər. Aleksandr Vuçiç də Orban kimi AB-nin antirusiya siyasətinə qarşı çıxır və bu siyasətin AB maraqlarına cavab vermədiyini, xalqların və istehlakçıların bu siyasətdən zərər çəkdiyini bildirir. Serbiya ümumiyyətlə tarixən Balkan ölkələri sırasında Rusiyanın kiçik qardaşı kimi tanınıb və buna görə bəlli dairələr tərəfindən təzyiqlərə məruz qalır. Bu günlərdə Serbiya parlamentinin Djuro Maçutonu baş nazir kimi təsdiq etməsindən sonra uzun illər baş nazirin müavini, müdafiə və daxili işlər naziri olmuş Aleksandr Vulinin hökumətdə yer almaması, AB-nin Serbiyaya birbaşa təsirlərinin nəticəsi kimi dəyərləndirilməlidir. Vulin Serbiyada Rusiya ilə əməkdaşlıq və dostluğun tərəfdarı olan siyasətçilərdən biri kimi tanınır. Məhz buna görə Avropa Komissarı Marta Kos bu ilin əvvəlində Serbiya Prezidenti Vuçiçə məktub göndərərək Vulinin hökumətə daxil edilməməsini tövsiyə etmişdir. Səbəb kimi isə onun AB siyasətinə kəskin tənqidi münasibəti və Serbiyanın BRİKS-ə üzv olmasının daha məqsədəuyğun olduğunu deməsi göstərilmişdir. Qeyd edim ki, hələ 2022-ci ildə ABŞ Prezidenti Bayden Vulinə qarşı korrupsiya və narkotrafik ittihamları irəli sürmüş və ona qarşı sanksiyalar tətbiq olunmuşdur. Lakin əsl səbəb onun Balkanlarda Rusiya xeyrinə apardığı siyasət olmuşdur. Bütün bu faktlar göstərir ki, AB-də qlobalistlərin üstün mövqelərdə olması onlara həm ölkələrə, həm də siyasi elitalara təzyiq göstərmək imkanı verir. Keçən ilin oktyabrından Gürcüstanda baş verən hadisələr, qərbyönlü müxalifətin fəaliyyətləri Qərbin Gürcüstanın daxili işlərinə müdaxiləsinin nəticəsidir. Demokratiya adı altında pozucu fəaliyyətin qarşısı Gürcüstan hakimiyyəti tərəfindən alındığına görə Qərb bu ölkənin legitimliyini tanımaqdan imtina edir.

– Ola bilərmi ki, Qərbdə Azərbaycanın dövlət büdcəsinin formalaşmasında neft faktorunun 52% təşkil etməsi və ixracatında xam neftin 88% paya sahib olması amilindən çıxış edərək düşünürlər ki, Azərbaycan onsuz da onlarla əməkdaşlığa “məcburdur”?

– Bu yanlış yanaşmadır. Əvvəla, 20 il əvvəllə müqayisədə Azərbaycanın neftdən asılılığı xeyli azalıb. Hökumətin düşünülmüş siyasəti nəticəsində büdcə gəlirlərində qeyri-neft sektorunun rolu artıb. Digər tərəfdən, neft resurslarımızın tükənəcəyi bəllidir və diqqət indi qaz sənayesinin inkişafına yönəlib. AB-nin Cənubi Qafqaz Qaz Dəhlizi ilə təminatında Azərbaycanın böyük potensialı var. Təsadüfi deyil ki, 2013-cü ildə imzalanmış 25 illik müqavilə “Əsrin müqaviləsi” adlandırılır. Azərbaycan bu və digər kəmərlər vasitəsilə AB-yə qaz təchizatını artıra bilər. Lakin rəsmi Bakı bununla bağlı uzunmüddətli müqavilələrin bağlanmasını təklif edir, çünki 2030-cu ildən etibarən AB ölkələrinin alternativ enerji mənbələrinə keçid ehtimalı var. Əgər AB bu layihələrin maliyyələşdirilməsini öz üzərinə götürməsə, Azərbaycan enerji resurslarının satışında Asiyada daha əlverişli bazarlar tapa bilər.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 21 Aprel 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri