Icma.az
close
up
RU
Politoloqun məhkəməsində kriptovalyuta söhbəti Ona dedim ki, qazancla yanaşı, risk də ola bilər

Politoloqun məhkəməsində kriptovalyuta söhbəti Ona dedim ki, qazancla yanaşı, risk də ola bilər

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan politoloq Azər Qasımlının məhkəməsi davam edir.

Bizimyol.info xəbər verir ki, iyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində iş üzrə zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifov ifadə verib. Lakin o, ifadə verməmişdən əvvəl nümayəndəsi Vüqar Şamilov məhkəmədən vaxt istəyib. Vəkil bildirib ki, nümayəndəsi olduğu Qurbanəli Yusifovla bir gün əvvəl müqavilə bağlayıb, iş materiallarıilə tanış ola bilməyib: “Məndə heç ittiham aktı da yoxdur. Bu səbəbdən xahiş edirəm, məhkəmə təxirə salınsın”.

Müdafiə tərəfi etiraz edərək bildirib ki, prosesin təxirə salınması süründürməçilik olacaq. Vəkil Rövşanə Rəhimova bildirib ki, zərərçəkmiş iyulun 17-dən vəkili olması barədə məhkəməni məlumatlandırmışdı: “Onların o vaxtdan müqavilə bağlamaq imkanı vardı. İndiyə saxlamaq məhkəməni uzatmaq məqsədi daşıyır”.

Hakimlər vəsatəti təmin etməyib. Qərara alınıb ki, zərərçəkmiş dindirilsin, ona suallar növbəti məhkəməyə saxlansın.

Zərərçəkmiş Qurbanəli Yusifov ifadəsində bildirib ki, Azər Qasımlı ilə düşmənçiliyi yoxdur, əksinə, dostluq münasibətləri olub, dəfələrlə onun evinə qonaq gedib. Onlar Real partiyasında tanış olublar. Azər Qasımlı partiyadan gedəndən sonra da münasibətləri davam edib.

Zərərçəkmiş bildirib ki, Azər Qasımlıdan pul almayıb, ona borclu olması barədə qarşı tərəfin söylədikləri doğru deyil: “Bizim iş birliyimiz olub. Kriptovalyuta işi ilə məşğul olmuşam. Bununla bağlı mənim çıxışlarım da vardı. Azər Qasımlı da bu işə pul yatırmaq istəyirdi. Ona dedim ki, qazancla yanaşı, risk də ola bilər”.

Zərərçəkmişin sözlərinə görə, Azər Qasımlı 20 min dollar yatırım edib. Sonradan ziyan olub və bunun əvəzində ondan bitkoin tələb etməyə başlayıb, daha sonra təzyiq altında 45 min dollar borclu olmağı barədə sənəd imzaladıb. Onun sözlərinə görə, tez-tez zəng edib, narahat eləyib. Bu səbəbdən ölkəni tərk eləmək məcburiyyətində qalıb: “Türkiyəyə gedəndən sonra da rahat buraxmadı. Ailə üzvlərimlə, övladımı qaçırmaqla hədələdi”.

Azər Qasımlının məhkəməsi sentyabrın 10-da davam edəcək. Növbəti prosesdə zərərçəkmiş müdafiə tərəfinin və öz nümayəndəsinin suallarını cavablandıracaq.

Qeyd edək ki, Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə ittiham irəli sürülüb. Azər Qasımlı bildirir ki, Qurbanəli Yusifovu hədələməyib, qarşı tərəf özü ona borclu olduğunu dəfələrlə etiraf edib. Bununla bağlı Mingəçevir Şəhər Məhkəməsində mülki qaydada onun xeyrinə çıxarılmış məhkəmə qərarı da var.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 İyul 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri