Icma.az
close
up
RU
Polkovnik: Azərbaycan hərbi baxımdan güclənməyə məcburdur

Polkovnik: Azərbaycan hərbi baxımdan güclənməyə məcburdur

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Çünki həm işğalçılıq dönəmi, həm də 44 günlük Vətən müharibəsi göstərdi ki, müasir dünyamızda gücün alternativi yoxdur


Ölkəmizə qarşı müəyyən təhdidlər davam edir


Azərbaycanın müdafiə xərclərinin artırılması hər şeydən öncə dövlətimizin təhlükəsizliyi ilə bağlıdır



  Xəbər verdiyimiz kimi, Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə Azərbaycan tərəfindən cavab tədbirləri çərçivəsində 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri artırılır. Dövlət büdcəsinin layihəsində növbəti il üçün müdafiə və təhlükəsizlik xərclərinin ümumilikdə 8 milyard 396 milyon manat olacağı göstərilib. Qeyd edək ki, ilkin olaraq adıçəkilən xərclər 6 milyard 658 milyon manat həcmində nəzərdə tutulmuşdu. Lakin Ermənistanda silahlanmanın miqyasını nəzərə alaraq Prezident İlham Əliyevin göstərişinə əsasən müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Bu xərclərin maliyyələşdirilməsi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək. Həmçinin müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 4 milyard 717,4 manat nəzərdə tutulub.


  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov "Sherg.az"a deyib ki, Azərbaycanın müdafiə xərclərinin artırılması hər şeydən öncə dövlətimizin təhlükəsizliyi ilə bağlıdır. Ekspert vurğulayıb ki, Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində qalib gələrək erməni faşizminə ağır zərbə vursa da, bu gün də ölkəmizə qarşı müəyyən təhdidlər davam edir:


" Müzəffər Ali Baş Komandan İlham Əliyev də öz çıxışlarında bildirir ki, bu gün Ermənistanla yanaşı bəzi məkrli qüvvələr, Fransa kimi dövlətlər Cənubi Qafqazda yeni qarşıdurmaların baş verməsində maraqlıdır. Bu məqsədlə anti-Azərbaycan qüvvələri, imperialist güclər Ermənistana çoxlu silah-sursat, raket sistemləri verir, onu hər vasitə ilə müharibəyə hazırlamağa çalışırlar. Ermənistan Fransa ilə yanaşı, Hindistan və digər dövlətlərdən də müəyyən texnikalar alır. Bütün bunlar İrəvanın sülhdən daha çox müharibə haqqında düşündüyünü  göstərir. Çünki sülh istəyən bir dövlətin davamlı və sürətlə silahlanması məntiqsizdir".


  Polkovnik bəyan edib ki, belə olan təqdirdə Azərbaycan da öz müdafiə xərclərini artırmağa, öz təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün hərbi baxımdan güclənməyə məcburdur:

 "Çünki həm işğalçılıq dönəmi, həm də 44 günlük Vətən müharibəsi göstərdi ki, müasir dünyamızda gücün alternativi yoxdur. Öz təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etmək istəyən hər bir dövlət beynəlxalq hüquqa deyil, öz hərbi qüdrətinə etibar etməlidir. Bu səbəbdən də Azərbaycan öz müdafiə xərclərini günün tələbini və regiondakı reallıqları nəzərə almaqla artırmaqda, Silahlı Qüvvələrin peşəkarlığını, maddi-texniki təchizatını yüksəltməkdədir. Bir məqamı da qeyd etməliyik ki, Azərbaycan müdafiə xərclərini artırmaqla yanaşı, sosial-iqtisadi layihələrini də genişləndirməkdə, xalqın rifahının yaxşılaşması istiqamətində mühüm proyektlər həyata keçirməkdədir. Dövlətimizin imkanları müdafiə sektorunu gücləndirməklə yanaşı, iqtisadiyyatın sürətli inkişafını təmin etməyə, onu daha çox şaxələndirməyə imkan verir". 

  C.Xəlilov əlavə edib ki, Ermənistan iqtisadi baxımdan acınacaqlı vəziyyətdə olduğu üçün, öz silahlanmasını daha çox xaricdən toplanan ianələrin, heç vaxt ödəyə bilməyəcyi kreditlərin hesabına təmin etməyə çalışır: "Fransa və bəzi dövlətlər isə müəyyən məqamlarda regionla bağlı öz maraqlarını təmin etmək üçün ona müəyyən silahları təmənnasız verir ki, bu da ermənipərəst dairələrin Cənubi Qafqazda yeni bir qarşıdurmaya nə dərəcədə ehtiyac duyduğunu göstərir. Lakin həm Ermənistan, həm də ona dəstək verən dövlətlər bilməlidir ki, yeni bir qarşıdurma Ermənistan üçün yeni darmadağından başqa bir şey olmayacaq. Bu isə nəticə etibarı ilə Ermənistan dövlətinin sonu ola bilər". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri