Icma.az
close
up
RU
Qəzzada sabitlik üçün Azərbaycan da kontingent göndərəcək Polkovnik

Qəzzada sabitlik üçün Azərbaycan da kontingent göndərəcək Polkovnik

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir neçə ölkə Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə nümayəndələr göndərmək niyyətindədir.  Bildirilib ki, sözügedən qüvvələrə qoşulmaq üçün əsas namizəd ölkələr Azərbaycan, İndoneziya və Pakistandır.

Belə bir prosesdə Azərbaycanında adının olması necə qiymətləndirilməlidir?

Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sülhyaratma missiyasında Azərbaycanın da iştirak edəcəyi ehtimal edilir:

"Çünki Azərbaycanın sülhyaratma missiyalarında təcrübəsi var. Biz bir zamanlar Kosovoda, Əfqanıstanda, İraqda, yəni NATO qüvvələri ilə birgə sülhyaratma əməliyyatlarında iştirak etmişik. Niyə də müsəlman ölkəsi olan Azərbaycan bu missiyada İndoneziya, Pakistan və digər ölkələrlə birgə iştirak etməsin? Bildiyim qədərilə, bu missiya baş tutacağı təqdirdə Azərbaycan da ora müəyyən bir kontingent göndərəcək. Yəni “göndərə bilər” yox, düşünürəm ki, göndərəcək. Çünki Azərbaycanın adı son vaxtlar sülhyaratma missiyalarında və ümumilikdə sülhə meylli ölkələr sırasında çəkilir. İndiyə qədər də ölkəmiz dəfələrlə beynəlxalq qurumlar çərçivəsində, xüsusilə də KFOR əməliyyatlarında NATO qüvvələri ilə birgə müəyyən tapşırıqları yerinə yetirib. Azərbaycanın bu sahədə uğurlu göstəriciləri var. İndiyə qədər cəmi bir əsgər itirmişik, o da bildiyim qədərilə döyüş əməliyyatları zamanı yox, ya xəstəlik, ya da bədbəxt hadisə nəticəsində olub. Bu prosesdə təbii ki, tərəfdaş ölkələrə və müəyyən hərbi qüvvələrə ciddi yük düşəcək. Amma Azərbaycan da həmin yükü daşımağa hazır olan ölkələr sırasında göstərilir".

Polkovnik ümid edir ki, Azərbaycan bu missiyada mütləq təmsil olunacaq.

"Bunu qardaş Türkiyə də istəyir, eləcə də Qəzzadakı din qardaşlarımızın da belə bir istəyi var. Ümumiyyətlə, dünya ictimaiyyəti Azərbaycanın bu prosesdə iştirakına müsbət yanaşır", - deyə müsahibimiz vurğuladı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Oktyabr 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri