Icma.az
close
up
RU
Polkovnik hərbi rütbəsinə qədər yüksələn Emil Süleymanovun casusluq karyerası FOTO

Polkovnik hərbi rütbəsinə qədər yüksələn Emil Süleymanovun casusluq karyerası FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Son günlər yutub platformasında Azərbaycanın təhlükəsizlik orqanları və onların fəaliyyəti ilə bağlı davamlı olaraq neqativ məzmunlu müzakirələr aparılır. Bu müzakirələrin təşkilatçısı isə  Azərbaycanın Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin keçmiş rəhbəri, hazırda Belçikada "siyasi mühacir" həyatı yaşayan Arif Məmmədovdur.

Milli.Az xəbər verir ki, Arif Məmmədov və ya Arif Şahmarlı adı ilə tanınan "keçmiş diplomat" öz yutub kanalında müntəzəm olaraq videokontent paylaşır və canlı yayımlar açır. Bu canlı yayımların əvəzolunmaz qonaqları isə Arif Məmmədovun yaxın silahdaşları olan Tofiq Əliyev və Emil Süleymanov adlı şəxslərdir. 

Adıçəkilən hər iki şəxs müzakirələrdə Arif Məmmədovdan daha çox canfəşanlıq nümayiş etdirir, Azərbaycan Respublikası, ölkəmizin xüsusi xidmət orqanlarının fəaliyyət metodları, iş prinsipləri, əməkdaşların savad və təhsil səviyyələri barədə olduqca mənfi fikirlər səsləndirirlər. Bu cür radikal və əsassız çıxışlar haqlı olaraq bu şəxslərin kimliyi, onların həqiqi məqsədləri barədə suallar yaradır. 

Arif Məmmədovun təxribatçı şəbəkəsi

Hər iki şəxs haqqında apardığımız araşdırma onların fəaliyyəti və bu fəaliyyətin arxasındakı həqiqi səbəbləri ortaya çıxarır. Aydın olur ki, Arif Məmmədovun canlı efirlərinin daimi qonaqları olan bu şəxslər - Tofiq Ağarza oğlu Əliyev və Emil Əhməd oğlu Süleymanov təhlükəsizlik orqanlarının sabiq əməkdaşlarıdır. Yeri gəlmişkən, bir vaxtlar SSRİ hərbi kəşfiyyatının şinelindən çıxmış Arif Məmmədovun ətrafına özü ilə oxşar keçmişə və xarakterə sahib şəxsləri topladığı bəlli olur. 

Fotoda: Arif Məmmədov

76 yaşlı Tofiq Əliyev hazırda ABŞ-nin Kaliforniya ştatında yaşayır. O, 1974-1992-ci illərdə SSRİ təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışıb, 32 il əvvəl isə xəstəliyi ilə əlaqədar istefaya buraxılıb.

61 yaşlı Emil Süleymanov isə hazırda həmkarından fərqli qütbdə, Rusiyada yaşayır. O, gəncliyindən etibarən təhlükəsizlik orqanlarına aid müxtəlif strukturlarda çalışıb və polkovnik rütbəsinə qədər yüksəlib. Emil Süleymanov işdən çıxarıldıqdan sonra fəaliyyətini biznes sahəsində davam etdirmək istəsə də, daha sonra naməlum səbəbdən qərarını dəyişib və ölkədə qalmağa qərar verib. Qısa müddət sonra o, öz fəaliyyətini Heydər Əliyev adına beynəlxalq hava limanında Aviasiya Təhlükəsizliyi İdarəsində davam etdirib. Burada rəis vəzifəsində çalışan Emil Süleymanov, 2008-ci ildə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. 

Onun ittiham olunduğu maddələr Emil Süleymanovun kimliyini və hansı əməllərin icraçısı olduğunu başa düşmək üçün yetərlidir. Ağır Cinayətlər Məhkəməsinin 13.06.2008-ci il tarixli hökmü ilə Emil Süleymanov Məcəllənin 274 (Dövlətə xəyanət), 308.1 (Büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə), 302.2 (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 155 (Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma), 228.1 və 228.4-cü (Qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrum edilib. Eyni zamanda, o, polkovnik hərbi rütbəsindən də məhrum edilib.

Emil Süleymanovun "casusluq" karyerası - İstintaq materialları nə deyir?

Sözügedən cinayət işinin istintaq materialları isə Emil Süleymanov haqqında daha dərin mətləblərdən xəbər verir. Məlum olur ki, Emil Süleymanov 1992-ci ilin dekabrında Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməliyyat müvəkkili vəzifəsindən Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəyə baş əməliyyat müvəkkili vəzifəsinə keçirilib. O, daha sonra bu idarədə şöbə rəisi vəzifəsinə qədər yüksəlib. Həmin vaxt əvvəlki rəisi, yəni Rusiya Federal Təhlükəsizlik Xidmətinin Severmorsk şəhərində fəaliyyət göstərən 7-ci operativ eskadrası üzrə xüsusi şöbənin rəisi polkovnik Yuriy Sukalenko Emil Süleymanova Azərbaycanda işlədiyi müddətdə Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə əlaqələrinin kəsilməməsini, lazım olanda onların maraqlarına xidmət göstərməsini təklif edib. Emil Süleymanov da bu təklifi qəbul edib. 

Bundan sonra, yəni 1993-2007-ci illərdə Emil Süleymanovun casusluq formasında xarici dövlətin nümayəndələrinin tapşırıqları əsasında mütəmadi olaraq Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə kəşfiyyat xarakterli məlumatları toplayaraq Rusiyanın xüsusi xidmət orqanlarına ötürdüyü məlum olub. Dövlətə xəyanətə görə 15 il cəza çəkən Emil Süleymanov hazırda Azərbaycana qarşı fəaliyyətlərin mərkəzində yer alan şəxslərdən biridir. 

Azərbaycana qarşı uğursuz "diplomat" təxribatı

Bir neçə gün öncə Gürcüstan Xarici İşlər Nazirliyinin müxtəlif ölkələrdə fəaliyyət göstərən 92 diplomatı birgə bəyanat imzalayıb. Diplomatlar açıq şəkildə dövlət qərarlarına və vahid siyasi xəttə qarşı çıxdıqlarını bəyan ediblər. Lakin hadisələrin gedişi bu bəyanatın qonşu Gürcüstanda siyasi sabitliyi və legitim sistemi hədəf alan, həmçinin xarici qüvvələrin maraqlarına xidmət edən təxribat olduğunu göstərib.

Təsadüfi deyil ki, bir müddət əvvəl Azərbaycanda da oxşar təxribat cəhdlərinin qarşısı alınıb. Arif Məmmədov kimi "keçmiş diplomat" olan Emin İbrahimov və Ramiz Vəliyev (kod adı "Cavanşir") dövlət əleyhinə təxribatçı fəaliyyətləri səbəbi ilə həbs edilib. İstintaq metariallarında Emin İbrahimovun FETÖ və PKK ilə sıx əlaqələrə malik olduğu, Ramiz Vəliyevin isə xaricdəki "söyüş müxalifəti"nin maliyyələşməsində yaxından iştirak etdiyi məlum olub. Hətta "keçmiş diplomat"ların öz təxribatçı məqsədlərini koordinasiya etmək üçün xüsusi internet səhifə və məxfi mesajlaşma platformalarından istifadə etdikləri də müəyyən edilib. 

"Keçmiş diplomatlar"la bağlı hadisələrin təhlili Arif Məmmədovun və onun nəzarətindəki casus qrupunun tək olmadığını, onların əslində daha böyük bir təxribat şəbəkəsinin tərkib hissəsi olduqlarını göstərir. Arif Məmmədov, Emin İbrahimov və Ramiz Vəliyevin eyni dövrdə və paralel şəkildə fəallaşmaları, hər 3 şəxsin dövlətin təməl sütunları olan təhlükəsizlik orqanlarını, siyasi elita və siyasi qərarvermə mexanizmlərini hədəf almaları bu planın əsas istiqamətləri olub.

Görülən tədbirlər nəticəsində bu təxribatçı şəbəkənin ölkə içərisindəki qanadı sıradan çıxarılıb. Lakin Arif Məmmədov, Tofiq Əliyev və Emil Süleymanovun daxil olduğu digər şəbəkə öz mənfur əməllərini davam etdirir. Bu şəxslərin və onların timsalında digərlərinin əməlləri dövlətimizə və xalqımıza düşmən mövqedə olan, xaricdən maliyyələşən və xarici ölkələrin təsir dairəsində olan şəxslərin çirkin əməllərindən çəkinmədiyini bir daha ortaya qoyur./qafqazinfo

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri