Polşa Amerika hərbçilərinin yerləşdirilməsi üçün şəhərcik tikəcək
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Polşa öz hesabına 5 000 ABŞ hərbi qulluqçusu və onların ailələrinin yerləşdirilməsi üçün hərbi şəhərcik tikməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Polşa Müdafiə Nazirliyinin müavini Pavel Zalevskinin sözlərinə görə, ölkə Pentaqona Amerika hərbçilərini daimi əsasda yerləşdirməyi təklif edib.
"Biz Pentaqona Amerika əsgərlərini daimi əsasda yerləşdirməyi təklif etdik. Bu o deməkdir ki, biz bu bölmə üçün kiçik bir şəhər tikməliyik və biz buna hazırıq. Xərcləri öz üzərimizə götürəcəyik", — deyə Zalevski "The Wall Street Journal" qəzetinə müsahibəsində bildirib.
Polşalı nazir müavini qeyd edib ki, ABŞ yaxın həftələrdə Varşavaya Polşadakı Amerika hərbi mövcudluğunun azaldılmasının qarşısını almaq üçün variantlar təqdim edəcək. Varşava ümid edir ki, hərbçilər üçün yeni obyektlər və yaşayış sahələri Amerika bölmələrinin daimi əsasda dislokasiya olunmasına imkan verəcək.
Zalevski obyektin məhz harada yerləşəcəyini dəqiqləşdirməyib, həmçinin layihənin icra müddəti və dəyəri barədə məlumat verməyib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 22 May 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















