Icma.az
close
up
RU
Polşa Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir Səfir

Polşa Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir Səfir

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda Polşa Konstitusiyasının qəbul edilməsinin 235-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

525.az verir ki, tədbirdə hökümət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının rəhbərləri,  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Polşanın Azərbaycandakı səfiri Pavel Radomski  Azərbaycanla münasibətlərdən söz açıb. Bildirib ki, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf edir.

Onun sözlərinə görə, Polşa Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir: "Uzun illər ərzində ölkələrimiz qarşılıqlı hörmət, dialoq və ümumi maraqlara əsaslanan konstruktiv əməkdaşlıq qurublar. Polşa Avropa İttifaqının (Aİ) üzvü kimi, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın artan dinamikasını məmnunluqla qeyd edir. Xüsusilə də, son vaxtlar Bakıya baş tutan çoxsaylı yüksək səviyyəli səfərlər, o cümlədən Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın bugünkü səfəri buna töhfə verir".

Diplomat Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan mühüm irəliləyişləri
yüksək qiymətləndirdiyini deyib: "Biz səmimi qəlbdən ümid edirik ki, bu səylər yaxın vaxtlarda bütün Cənubi Qafqazda uzunmüddətli sabitliyi təmin edəcək hərtərəfli sülh sazişinin imzalanmasına gətirib çıxaracaq. Yaxın qonşuluqda müşahidə olunan gərginlikləri nəzərə alaraq, regionun sabit və firavan gələcəyinin təmin olunmasının əsas şərti kimi Azərbaycanın balanslı və sülhsevər yanaşmasını da yüksək qiymətləndiririk". 

Xarici işlər nazirinin müavini Fariz Rzayev çıxışında deyib ki, polşalı mütəxəssislər Bakının memarlıq inkişafına və neft sənayesinin XIX əsrin sonu-XX əsrin əvvəllərindəki yüksəlişinə mühüm töhfələr veriblər. Bu tarixi irs bu gün də dostluğumuz üçün möhkəm bir təməl kimi xidmət edir.
Əlavə edib ki, dövlət müstəqilliyimizin bərpasından sonra ölkələrimiz arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə uğurla inkişaf edir: " Qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığımız siyasi, iqtisadi və humanitar sahələrdə effektiv şəkildə davam edir.
Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq üzrə yol xəritəsinə dair Birgə Bəyannamə” 2017-ci ildə imzalanıb. Bu sənəd münasibətlərimizin inkişafı üçün mühüm çərçivə rolunu oynayır. Bu sənədə əsaslanan əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərimiz davam edir”.

Fariz Rzayev təhsil, mədəniyyət və elm sahələrində mübadilələrin xalqlarımız arasında qarşılıqlı anlaşmanın güclənməsinə töhfə verdiyini deyərək Polşada təhsil alan azərbaycanlı tələbələrin sayının bu əməkdaşlığın aydın göstəricisi olduğunu bildirib.

Tədbir bədii hissə ilə davam edib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 06 May 2026 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri