Polşa NATO dan Ukrayna üzərində Rusiya raketlərini vurmağı xahiş ETDİ
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Polşa NATO müttəfiqlərinə Ukrayna üzərindən alyans ölkələrinin ərazisinə doğru hərəkət edən Rusiya raketlərinin qarşısının alınması imkanını nəzərdən keçirməyi təklif edib. Bu təşəbbüs Brüsseldə NATO ölkələrinin səfirlərinin görüşündə müzakirəyə çıxarılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “bloomberg” məlumat yayıb.
Məlumata görə, bəzi ölkələr təklifi dəstəkləsə də, hələlik bununla bağlı qərar qəbul edilməyib.
Agentliyin mənbələri bildiriblər ki, belə bir addımın atılması üçün Kiyevin NATO-ya raket hücumları barədə əvvəlcədən məlumat verməsi və alyansa Ukraynanın hava məkanından istifadə imkanı yaratması tələb oluna bilər. Bununla yanaşı, qərarın qüvvəyə minməsi üçün NATO müttəfiqlərinin yekdil razılığı və alyansın ali hərbi komandanlığının koordinasiyası lazımdır. Hazırda isə bu məsələdə ümumi razılıq yoxdur.
Mənbələrin fikrincə, Rusiya raketlərinin Ukrayna üzərində vurulması NATO-nun münaqişənin tərəfinə çevrilməsi riskini yarada bilər.
“NATO bu sərhədi keçməməyə çalışır”, – deyə alyansa üzv ölkələrdən birinin rəsmisi bildirib.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 25 Noyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















