Polşa Ukrayna üzərində raketləri yalnız NATO nun razılığı ilə vuracaq
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Polşa, Ukrayna üzərindəki raketləri yalnız NATO-nun razılığı ilə vuracağını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə Polşa xarici işlər naziri Radoslav Sikorski Lvovda işgüzar səfərdə olduğu zaman açıqlama verib.
Sikorski, "NATO-da inteqrasiya edilmiş hava hücumundan müdafiə sistemi var və belə qərarlar yalnız Polşanın deyil, bütün NATO-nun qərarları olmalıdır," – deyə qeyd edib.
Kiyev rəhbərliyi dəfələrlə Varşavadan və digər qərb tərəfdaşlarından Ukrayna üzərindəki Rusiya pilotsuz uçan aparatları və raketləri vurmağı xahiş edib. Polşa hakimiyyəti isə belə addımların risklərinə diqqət çəkərək, bu cür tədbirlərin yalnız bütün NATO ölkələrinin razılığı ilə həyata keçirilə biləcəyini vurğulayır.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 10 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















