Polşa Prezidenti ölkəsinin ərazi bütövlüyünü qorumağa hazır olduğunu bəyan edib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 24 sentyabr, AZƏRTAC
Polşa Prezidenti Karol Navrotski ölkəsinin ərazi bütövlüyünü qorumağa hər zaman hazır olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Karol Navrotski bunu BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən debatlarda çıxışı zamanı deyib. “Artıq dövlət sərhədləri toxunulmazlığını itirib, beynəlxalq hüquq isə qaydalardan tövsiyələrə çevrilib. Mövcud beynəlxalq nizam gözümüzün önündə çökür və dünya təhlükəli mərhələyə daxil olur”, – deyə Polşa lideri vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, hava məkanı pilotsuz uçuş aparatları tərəfindən pozulduğu üçün Polşa İkinci Dünya müharibəsindən bəri ilk dəfə öz ərazisində düşmən hədəflərinə atəş açmaq məcburiyyətində qalıb.
“Silahlı Qüvvələrin Ali Baş Komandanı və Polşa Prezidenti olaraq sizi əmin edirəm: Polşa təxribatlara həmişə adekvat şəkildə reaksiya verəcək və öz ərazisini qorumağa tam hazırdır”, – deyə prezident əlavə edib. O, həmçinin bildirib ki, Polşa yalnız öz müdafiə potensialını deyil, eyni zamanda, Avropanın bu hissəsində dayanıqlığı gücləndirmək üçün müdafiəyə ciddi maliyyə vəsaiti ayırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 24 Sentyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















