Polşa ticarət missiyasına hazırlaşır
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bu ilin noyabr ayında Polşanın biznes nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır.
Polşa–Azərbaycan Ticarət Palatasından bildirilib ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılma mərhələsindədir. Bildirilib ki, işgüzar missiya istehsalçılar, idxal-ixrac fəaliyyəti iştirakçıları, yeni satış bazarları və kommersiya perspektivləri axtarışında olan sahibkarlar, Azərbaycan biznesi ilə əməkdaşlığa maraq göstərən şirkətlər, investorlar və sənaye sektorunun, xidmət sahəsinin və digər sahələrin nümayəndələri, həmçinin beynəlxalq biznes qarşılıqlı fəaliyyətin genişləndirilməsini hədəfləyən Polşa və Azərbaycan şirkətləri üçün nəzərdə tutulub.
Məlumatda bildirilir: "Səfər proqramına hər bir iştirakçının profili və vəzifələri nəzərə alınmaqla qurulmuş, fərdi şəkildə təşkil edilən B2B görüşlər, əvvəlcədən seçilmiş potensial tərəfdaşlarla birbaşa danışıqlar, Bakıda Polşa-Azərbaycan Ticarət Palatasının üzvləri ilə əlaqələr qurmaq imkanları, Azərbaycanın müvafiq dövlət qurumları və aparıcı biznes təşkilatları ilə görüşlər daxildir".
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 29 İyul 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















