Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı
Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.
Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılılb.
Polşa tərəfinə etiraz, bu ölkənin prezidenti Anjey Dudanın Azərbaycanın xəbərdarlığına baxmayaraq Aİ-nin Ermənistandakı missiyasının tərkibində Ermənistan-Azərbaycan sərhədindəki sərhəd rayonuna, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndi yaxınlığındakı əraziyə səfər etməsinə görə bildirilib.
Etirazda ifadə edilib ki, regionda sabitliyin təşviq edilməsi və Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi kimi bəyan edilmiş məqsədlərə zidd olaraq, Aİ missiyasından Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş istifadə olunur. Həmçinin, bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın qanuni təhlükəsizlik maraqlarına toxunan bu kimi addımlardan çəkinməyin zəruriliyi vurğulanıb.
Ülviyyə, Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 28 Noyabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















